Azərbaycanda daha 474 nəfər koronavirusa yoluxub, 16 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

koronavirus 0456kov

 

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 474 yeni yoluxma faktı qeydə alınıb, 1 322 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

araz.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, son sutkada 16 nəfər COVID-19-dan vəfat edib: "Hazırkı dövrədək ölkəmizdə 225 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 212 120 nəfər müalicə olunaraq sağalıb, 2 957 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 743 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 052, bu günə qədər isə ümumilikdə 2 287 959 test icra olunub".913320

Əlaqəli xəbərlər