“Quranı məktəblərimizə yaxın buraxmayın, ay aman! - Kim Qardaşyan gəlsin!..”

quranoxuyan.jpg“Belələrini təhsil ocaqlarımızda biabırçı geyim tərzinin, “Hellouin” kimi bayramların təşviqi narahat etmir...”
3 cümlə ilə bir "quş"...

Son günlər müsəlman ölkəsi sayılan Azərbaycan Respublikasının orta məktəblərində "Həyat bilgisi" fənni çərçivəsində İslam dini, özü də yalnız dinimiz yox, bütün əsas səmavi və qeyri-səmavi dinlərlə bağlı bilgilərin tədrisini genişləndirmək barədə müvafiq qurumların qərarı, nə yazıqlar ki, cəmiyyətimizin xeyli hissəsini təşkil edən bir qism insanlarda elə həyəcan, bəlkə də qorxu yaradıb ki, guya bu saat məktəblərimiz mollaxanaya çevriləcək...

Belələri ya Allahdan da, dünyəvilikdən də uzaq savadsız şəxslərdir, ya da Qərbdən, Amerika, Avropadan və s. İslama, türklüyə olan tarixi düşmənçiliyin, bu günkü “mədəni”, “modern” səlib yürüşünün tərkib hissəsi olaraq bilərəkdən müsəlmanlığa qarşı körüklənmiş qruplardır....

Azərbaycan məktəblərində milli əxlaqımıza, dəyərlərimizə tamamilə zidd olan açıq-saçıq, biabırçı, əndrəbadi geyim-geçim, saç düzümü, bayağı musiqilərin, “Hellouin”, “Valentin günü” kimi əcaib-qəraib bayramların və s. təşviqindən narahat olmayan, guya ki, radikal qrupların şagirdləri təsir altına salmasından qayğılanan belələri az qalıblar, deyələr: “Ay aman, Quranı, İslamı, hicabı məktəblərimizə yaxın buraxmayın, uşaqlarımızın tərbiyəsi pozular, geridə qalarlar, elmdən uzaqlaşarlar, avamlaşarlar, cahilləşərlər, kim gəlir-gəlsin, lap erməni fahişəsi Kim Qardaşyan gəlsin, qızlarımıza yarıçılpaq geyinməyi, kefləri necə istədi, azad(!) həyat sürməyi, oğlanlarımıza arvad kimi əzilib-büzülməyi, al-əlvan geyinməyi təlqin edən Aygün Kazımova, Röya, Samiraldo, Samir Bağırov, Eldar Qasımov gəlsin, amma müsəlmançılıq təhsil ocaqlarımıza bir addım da atmasın...”

Sultan Laçın

Əlaqəli xəbərlər