GECƏ QANUNSUZ İŞ GÖRƏNLƏR PİYADALARI SAYMIRLAR -- FAKT

WhatsApp Image 2019-06-07 at 16.59.50.jpg

Bu xoşagəlməz hal metronun "20 Yanvar" stansiyası ərazisində birinci deyil. Qanunsuz iş görməyə alışanlar iyunun 6-sında gecəykən yenə burada ciddi piyada narazılığına səbəb ticarət köşkü qoyublar. Yeri gəlmişkən, qeyd edim ki, bir neçə ay öncə də, onlar buraya ticarət köşkü qoymuşdular. Lakin piyada yoluna qoyulan bu köşk ictimai narazılığa və mətbuat tənqidinə tuş gəldiyinə görə, tezliklə oradan yığışdırıldı.


Bəli, qanunsuz iş görməkdən qorxmayanlar iyunun 6-da gecəykən də, yenə həmin köşkdən piyada gediş-gəliş yoluna qoyublar. Yenə ictimai narazılıq, piyadaların etirazları aləmi başına götürüb. "Azərsu" Qapalı Səhmdar Cəmiyyətinin iki addımlığındakı "Badu-Səba" şadliq sarayının qarşısına qoyulan həmin köşk, doğrudan da, piyadaların gediş-gəlişləri üçün əsl maneəyə çevrilib.
Bir redaksiya əməkdaşı olaraq, biz də, həmin maneənin çətin keçilməzliyi ilə üz-üzə qaldığımızdan, bu qanunsuz işi icra edənlərlə bağlı sorğu aparmağa məcbur olduq. Apardığımız çəkiliş və sorğu zamanı, bu köşkün yiyəsinin kim olduğunu heç kəsin tanımadığını öyrəndik. Əlimizdən başqa iş gəlmədi deyə, bu dəfə də, aidiyyatı dövlət qurumlarına müraciət etməyə qərar verdik. Ooy, paytaxtda ən çox piyadaların gediş-gəliş yollarından biri olan bu ərazidə əsl maneyə çevrilən həmin ticarət köşkünün yığışdırılması üçün həmin dövlət qurumları öz qərarlarını versinlər; Belə olmaz, axı!

araz.az

Əlaqəli xəbərlər