“Akademiyada gözləntilərim doğrulur”

Murad-Sefiyev.jpgŞəfiyev Murad Şahin oğlu 20 aprel 2002-ci ildə Bakı şəhərində anadan olub, Səbail rayonu H.Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar liseyini bitirib. 2019/2020-ci tədris ilində I ixtisas qrupu üzrə 627.5 bal toplayaraq Dövlət Gömrük Komitəsinin Akademiyasının “İnformasiya təhlükəsizliyi” ixtisasına daxil olub. 

- Orta məktəb illərində ən çox marağınız olan fənn hansı idi?

- Orta məktəb illərində əsasən texniki fənlərə marağım olub. Bunlardan xüsusilə birini seçməli olsam, “Fizika” fənnini seçərdim.

 Ali məktəb seçimində kimsə sizə istiqamət verib, yoxsa ozünüz qərar vermisiz? 

- Seçdiyim ixtisas tamamilə öz seçimim olub, amma ali məktəb seçimində yaxınlarımın yönləndirməsi olub. Mənim fikrimcə, əgər seçdiyim ixtisasa yaxşı yiyələnsəm, Vətənimizə layiqli vətəndaş olaraq yaxşı işlər görə bilərəm. Bu ixtisasa Akademiyada dərindən yiyələnəcəyimi və mütəxəssis kimi yetişəcəyimi bilirəm.

- Akademiyadakı təhsil sizi qane edirmi? Gözləntiləriniz doğrulurmu?

- Akademiyadakı təhsil məni qane edir və buradakı bütün gözləntilərim doğrulur. Qalan hər şeyi zaman özü göstərəcək.

Əlaqəli xəbərlər