Bakı-Şamaxı-Göyçay yolunda çətin durum; Minlərlə insan təlaşda - ŞƏRH ƏVƏZİ

Clip_2.jpg
Az öncə Bakı-Şamaxı-Göyçay və əks istiqamətdə marşrut üzrə hərəkətdə olan minlərlə insanın çətin vəziyyətə düşməsi barədə araz.az xəbər portalına xəbər daxil oldu. Məlumata görə, bu dəqiqələrdə minlərlə avtomobilin sürücüsü və elə bir neçə min də yol yolçusu çox böyük narahatçılıq içindədir.

Bu barədə, sosial şəbəkələrdə də, "vur-çatlasındır". Bir qrup insan, həqiqətən də, dərin narahatçılıq keçirir, digər qrup sadəcə monitor arxasında yazışmağa mövzu tapıb, digərləri isə, hələ də, vəziyyətin necə acınacaqlı olmasının fərqində deyillər. Ancaq, vəziyyət, həqiqətən də, çox acınacaqlı və düşündürücüdür: Axı, illərlədir ki, ölkədə müvafiq qurumlar var, onların da, dövlətdən kifayət qədər yüksək məvacib alan vəzifəli şəxsləri. Gərək, bu kreslo sahibləri bu cür "fors-major" hadisələri əvvəlcədən görə və qarşısını almaq üçün, öncədən lazımı addımlar atalar. Biz, bu məsələ barədə, sosial şəbəkədə sırf bir hərbçi - həmkarımız Üzeyir Cəfərovun paylaşmasını oxuduq: "Mən bu məsələyə bir hərbçi gözü ilə baxıram və hesab edirəm ki, müvafiq qurumların rəhbər işçiləri, ələlxüsus başda Goyçay rayon İcra Hakimiyyəti başçısı, rayonunun əlaqədar qurumları olmaqla, ortaya çıxıb, xalqdan üzr istəməlidirlər. Özü də, öz bivec və yarıtmaz fəaliyyətlərinə görə. Azərbaycan Avtomobil Yolları Agentliyi də, belə bir vəziyyətin yaranmasına görə, məsuliyyətdən yaxasını kənara çəkə bilməz. Bütün hökumət və dövlət strukturları, bu cür vacib məsələlərdə əlaqəli işləmədiklərinə görə, bax, belə bir vəziyyət yaranıb. Müharibə vəziyyətində olan dövlətin FHN-i başda olmaqla, digər qurumların belə fəaliyyəti heç cür qənaətbəxş sayıla bilməz. Ancaq bu vəziyyəti tez bir zamanda aradan qaldırmaq üçün, yetər ki, Müdafiə Nazirliyinin köməyindən yararlansınlar. Onların su üzərindən ağır döyüş texnikasını və şəxsi heyəti keçirmək üçün, xüsusi texniki vasitələri (pantonllar) mövcuddur. Doğrusu, bilmirəm, FHN-nin Mülki Müdafiə Qoşunlarında belə texnika var, ya yoxdur, amma vaxt gözləmir. Qısa bir zamanda operativ tədbirlər görülməli və həmən texnika yaxın saatlarda Göyçay rayonu ərazisinə çatdırılmalıdır. İnsanların dünyasını dəyişmişləri, xəstələri, təcili olaraq ezamiyyətə bə ya məzuniyyətə gedənləri vardır. Bəs onların yaşadıqları narahatçılığa görə, kimsə, çıxıb öz günahlarını etiraf edə biləcəkmi? Hərçənd ki, kimsə, yetkililərdən özündə cürət taparaq, ortaya çıxıb, yaranan narahatçılığa görə, üzrxahlıq edəcək - buna inanmasam da... amma, bu, lazımdır! Belə məsuliyyətsizlik və yalandan da, ortaya çıxıb: "Ay, bu, fövqəladə təbiət hadisəsidi-filandır!"- demək də olmaz. Bu dövrdə, belə bəhanələr keçmir. Dünyada o qədər təbii fəlakətlər, su basmaları, yanğınlar və digər hadisələr baş verir ki... Biz də, görürük, orada olan peşəkarların hərəkətlərini. Bizdə isə, əksər məsul qurumlarda "Həsən ağanın dost-tanışları, qohum-əqrabaları" yerləşdirildiyinə görə, ortada bax belə ciddi problemlər yaşanır. Mənə elə gəlir ki, buna görə, FHN və bir neçə digər dövlət qurumu ilə bağlı, çox ciddi ölçü götürülməlidir.
Tanrı Azərbaycanımızı yerlərdəki "üstü bəzək, altı təzək" məmurlardan qorusun!".

Əziz oxucu! Yuxarıda yazılanları oxu və bax, bu ağır durumun əksi olan video-görüntülərə, nəticəni özün çıxar.



Emil CAMALOV,

araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər