Paşinyan və komandası hədələndi: “Qaçıb gizlənsəniz də…”

pasinyan e1605895820883“Nikol Paşinyan, bu istefa paradı ilə məsuliyyəti hamımızın üzərinə atacağınızı və özünüzü gizlədə biləcəyinizi düşünürsünüzsə, o zaman dərindən yanılırsınız”.

araz.az Turkustan.info -ya istinadən xəbər verir ki, bunu erməni politoloq Tiqran Abramyan deyib.

“Yeri gəlmişkən, istefalarını təqdim edənlər də yeni təyin olunanların arxasında gizlənə bilməyəcəklər. Bu rejimin içində olan və günahı olan hər kəs bütün məsuliyyəti bölüşəcək. Çünki onlar üzündən erməni ləyaqətini, dünyanı, dostlarımızı və özümüzü itirdik. Baş verən hər şeydən məsuliyyət daşıyanlar bunu heç vaxt həzm etməzlər”, – Abramyan bildirib.

Əlaqəli xəbərlər