Terrorçu Araik Azərbaycanın Xocavənd şəhərini gəzib "bərpa"dan danışdı...-FOTO

309217
 
"Qoy hələ bir az gəzsin – Paşinyan da Şuşada çox gəzirdi..."
Müzəffər Milli Ordumuzun və hüquq-mühafizə orqanlarımızın əlindən hələlik  atəşkəs razılaşmasına görə yarımcan qurtulmuş separatçı-terrorçu rejimin üzdəniraq rəhbəri Araik Arutyunyan Azərbaycan Respublikasının işğal altında qalan Xocavənd rayon mərkəzində olub.
Moderator.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, xunta başçısı Xocavənddəki uydurma “dağıntı”larla tanış olub, “bərpa işləri” barədə göstərişlər verib.
P.S. Gəncəyə ballistik raket atılması haqda əmr verdiyini həyasızcasına etiraf edən,   barəsində Azərbaycan Respublikası Baş Prokurorluğu  cinayət işi qaldırılaraq beynəlxalq axtarışa verilən Araik hələlik Azərbaycanın hüquqi ərazisində gəzir. Qoy hələ bir az gəzsin – Paşinyan da Şuşada çox gəzirdi...
Sultan Laçın

Əlaqəli xəbərlər