Sərkisyanın “yeni respublika” təklifi: Qarabağ yoxdur!

armen sarkisyann

Ermənistan Prezidenti Armen Sərkisyanın “Dördüncü respublikaya doğru” adlı geniş yazısını diqqətlə oxudum. Gəldiyim qənaətləri bölüşmək istəyirəm.

araz.az  Axar.az -a istinadən xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

“Birincisi, Ermənistan prezidenti soydaşlarının səsləndirmədiyi acı etirafı dilə gətirib: “Ermənilər tarixləri boyu imperiyaların əlində alət olublar”.

Bəli, Osmanlıdakı ermənilər məhz başqa imperiyalara nökərliyə üstünlük verərək, yaşadıqları dövlətə xəyanət etdilər. Ermənistan prezidentinin başqa bir etirafı isə bizim “ermənilərin heç zaman dövləti olmayıb” arqumentimizin təsdiqidir.

İkincisi, Armen Sərkisyan bildirib ki, Ermənistan 1990-cı illərin əvvəllərində müstəqillik qazanıb Dağlıq Qarabağı ələ keçirsə də, dövlət quruculuğu ilə məşğul olmayıb, bu illərdə dövlət və ordu quruculuğunun yalnız imitasiyasıyla məşğul olub: “Düşmənimiz Azərbaycan isə 20 il ərzində həm ordusunu gücləndirib, həm də informasiya savaşında dünyada özünə daha çox tərəfdar toplayıb. Biz 1994-cü ildə Qarabağ savaşında qələbə əldə etdikdən sonra yanlış olaraq məsələnin həll olunduğunu düşündük və heç nə ilə məşğul olmadıq, ağır nəticəsi göz qabağındadır”.

Üçüncüsü, Ermənistan prezidenti müharibədən sonra səsləndirdiyi fikirləri bir daha təkrarlayıb: “Baş nazir istefa verməli, yeni seçkilər keçirilməli, buna qədər isə dövləti müvəqqəti keçid hökuməti idarə etməlidir”. Sərkisyan özünün müvəqqəti hökumətə nəzarət etməsi zərurətini vurğulayıb.

Dördüncüsü, o, Ermənistanın qarşısında dayanan hədəfləri belə sıralayıb:

“1. Müharibənin nəticələrini ortadan qaldırmalı, əsirləri geri qaytarmalı, yaralıları müalicə etməli, yaranan ağır sosial problemləri həll etməliyik;

2. Ermənistanı siyasi və iqtisadi böhrandan qurtarmaq üçün “yol xəritəsi” hazırlamalıyıq;

3. Konstitusiyanı dəyişmək məqsədilə hüquqi baza formalaşdırmalıyıq”.

Beləliklə, Armen Sərkisyan yazıb ki, “Üçüncü Ermənistan respublikası” geridə qalıb, “Dördüncü respublika” qurulmalıdır.

Məsələ burasındadır ki, 3 respublikanı yox edən düşüncə tərzi “dördüncü”sünü hansı düşüncə tərzi ilə quracaq? Düşüncə tərzi yenə qonşu dövlətlərə ərazi iddiası əsasında formalaşaqsa, “dördüncü respublikanın” ömrü də uzun çəkməyəcək.

Armen Sərkisyanın geniş yazısında Qarabağın “gələcəyi ilə bağlı” bir cümlə də yoxdur. Yəni o etiraf edir ki, bu bölgəni artıq itiriblər və geri qaytarılması üçün imkanları yoxdur və olmayacaq”, - politoloq bildirib.

Əlaqəli xəbərlər