Deqati Kəlbəcər muzeyi ilə bağlı UNESKO-ya səsləndi

26314 original

Dünya şöhrətli Azərbaycan əsilli fotoqraf Reza Deqati bu dəfə işğaldan azad edilən Kəlbəcər Muzeyindən fotolar paylaşıb.

araz.az  Turkustan.info-ya istinadən xəbər verir ki, fotoqraf Kəlbəcər Muzeyinin erməni işğalı zamanı yararsız hala salınmasını qeyd edərək, UNESKO-ya səslənib:

“Qarabağın mədəni soyqırımı. Kəlbəcər Muzeyi yüz illər boyunca qiymətli daşları, qızılları olan inanılmaz heykəlləri və əsərləri ilə məşhur idi. Bina demək olar ki, hər bir qarışı Kəlbəcər mineralları və daşları ilə bəzədilmiş bir memarlıq incisi idi. İşğal zamanı o da “vəzifəsindən azad edildi”.

Muzeyin bütün qiymətli və tarixi heykəlləri, əsərləri, qızılları oğurlanıb. UNESKO insanlığa aid oğurlanan bu xəzinələr üçün nə edəcək?” – deyə bildirib.

Deqati Kəlbəcər muzeyi ilə bağlı UNESKO-ya səsləndi

Muzey

Kəlbəcər rayon tarix-diyarşünasliq muzeyi

Əlaqəli xəbərlər