Dövlət Komitəsinin Aparat rəhbəri vəzifəsini icra edən şəxs məlum olub

1631525070 j

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri vəzifəsinin icrası müvəqqəti olaraq Amil Cavadova həvalə edilib.

araz.az  bildirir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı əmr imzalayıb.

A.Cavadov həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin köməkçisi vəzifəsini tutur.

Qeyd edək ki, Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov sentyabrın 13-də koronavirusdan vəfat edib.

 

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər