Aslan İsmayılov: “Azərbaycanın media kapitanları, sözün həqiqi mənasında, milyonerlərdir”

 названия 2

“Mətbuatla bağlı yazılarıma çoxları ciddi yanaşmır və bəzən məni qınayırlar. Çox təəssüf edirəm ki, əksəriyyət ölkədə mətbuatın əhəmiyyətini bilmir. Bilənlər isə susurlar, çünki mətbuata qarşı getmək intihara bərabərdir. Bir balaca qəbahətin olarsa dərhal məhv edərlər. Bunu hər gün öz üzərimdə görürəm”.

araz.az  xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

A.İsmayılov qeyd edib ki, dünya hakimiyyətin 3 – icra, qanunvericilik və məhkəmə qollarını rəsmi tanısa da, 4-cü qolunun mətbuat olduğunu etiraf edir: “Az-çox hüququ, ictimai münasibətləri bilən biri kimi qətiyyətlə deyirəm ki, müstəqil, obyektiv, dürüst mətbuat olan yerdə adıçəkilən 3 hakimiyyət qolunun effektsiz işləməsi mümkünsüzdür. Azərbaycanda isə məhz mətbuat ən ağlamalı gündədir. Ona görə ki, hakimiyyət, müxalifət, həm də cəmiyyət mətbuatın rolunu tam dərk etmir, dərk edənlər isə qanunsuz əməllərini davam etdirmək üçün mətbuatı məhv edirlər. 25 ildən artıq Azərbaycan mətbuatına rəhbərlik etmiş Əli Həsənovun şəxsiyyəti və əməlləri çoxlarına bəllidir. Bəllidir ki, bu şəxsin özü və ətrafı yüz milyonlar oğurlayıb və bu gün də həmin əmlakların əksəriyyətinə sahibliyini saxlayırlar və heç bir cəza almayıblar. Bu günlərdə bu sahənin içində olan bir nəfər mənə bu sahədə fırlanan, oğurlanan məbləğlər barədə danışdıqca başa düşdüm ki, mən də baş verənlərdən xəbərsiz olmuşam. Acından ölənin birinin Londonda mülkünün olması isə məndə həqiqətən şok effekti yaratdı. Azərbaycanın media kapitanları, sözün həqiqi mənasında, milyonerlərdir. Ona görə də bu gün bir tikə çörəyə möhtac olan çoxlu sayda peşəkar, savadlı jurnalistlərə artıq yazığım gəlmir. Onlar ondan da pis günə layiqdirlər, ona görə ki, baş verənlər onların gözləri qarşısında cərəyan edib, onlar isə susublar. Səbəbi mənim üçün vacib deyil. Bu qədər oğurluqları, talanı görüb susmaq özü ən böyük günahdır”.

 

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər