Qan qrupları xəstəliklər haqqında ipucu verə bilər ­­– Araşdırma

aztibb.az qan qrupu 735x400 647

İngiltərədə aparılan yeni bir araşdırmaya əsasən, qan qruplarının xəstəliklərlə əlaqəli olduğu müəyyən edilib. 

araz.az  Aztibb.az-a istinadən xəbər verir ki, araşdırmada qan təzyiqi, yoluxucu xəstəliklərə tutulma ehtimalı və xərçəng riski də daxil olmaqla bir çox xəstəliyə qan qruplarının səbəb ola biləcəyi və 0 qan qrupunun ümumiyyətlə ən sağlam qan qrupu olduğu bildirilib. 

882 nəfər üzərində aparılan araşdırmada, tədqiqatçılar AB qan qrupu olan insanların CVT riskinin digər qruplara nisbətən orta hesabla 5,6 dəfə, O qan qrupu olan insanların isə daha az olduğu bildirilib. 

Qan qrupu antigenləri qan laxtalanmasına təsir edir. Bu da ürək-damar xəstəliklərində öz mənfi təsirini göstərə bilir.

 

araz.az xəbər  portalı.

Əlaqəli xəbərlər