İlk Türkiyə-Ermənistan görüşü başa çatdı – 1.5 saatlıq müzakirə

 экрана 2022 01 14 171106Türkiyə və Ermənistanın təyin etdiyi xüsusi nümayəndələr Sərdar Kılıç və Ruben Rubenyan iki ölkə arasında münasibətlərin normallaşması üçün Moskvada ilk görüşü keçirib.

araz.az  xəbər verir ki, görüşün 1.5 saat davam etdiyini açıqlanıb.

Xüsusi nümayəndələr normallaşma addımları çərçivəsində atılacaq addımları və danışıqlar prosesinin gedişatının təfərrüatlarını dəyərləndiriblər.

Ermənistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada bu proses nəticəsində Ermənistanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının və sərhədin açılmasının gözlənildiyi bildirilib.

Normallaşma addımları çərçivəsində İrəvan 2022-ci ilin əvvəlində Türkiyə məhsullarının boykot müddətini uzatmamaq qərarına gəlib. 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər