Aqil Məmmədov: “Benzin, amortizasiya xərcləri, maddi məsələlər var, maaşımız artırılsa, yaxşı olar...”

aqil88

Deputatların maaşlarının artırılması ilə bağlı heç bir rəsmi açıqlama yoxdur. Bu barədə rəsmi sənəd də imzalanmayıb. Millət vəkilləri tez-tez seçicilərlə görüşə getməlidirlər, tədbirlərdə iştirak etməlidirlər. Bu məsələlər vacibdir, nəzərə alınmalıdır. Bəzi deputatlar rayonda yaşayırlar, bəziləri rayonlar üzrə seçki dairlərini təmsil edirlər. Dəfələrlə rayona gedib-gəlirlər. Elə-belə alınmır...”

araz.az  Pravda.az-a istinadən bildirir ki, bu sözləri  Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

“Şəxsi avtomobillə gedəndə, benzinə pul xərcləyirik.  Benzin, amortizasiya xərcləri, maddi məsələlər var... Bunlar hamısı nəzərə alınmalıdır. Maaşlar artırılsa, əlbəttə, yaxşı olar”, - deputat bildirib.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər