Xoşluqla verməsələr, Göyçə gölünü də, İrəvanı da alacağıq!

 экрана 2022 06 22 124348Azərbaycanın elit qoşunları, yeni yaradılan komando birləşmələri, eləcə də daha əvvəl yaradılmış xüsusi təyinatlı qüvvələrin çox hissəsi Qarabağın dağlıq hissəsindədir. Ona görə də onlar Laçın dəhlizini bağlamağa cəhd göstərə bilməzlər. Laçın şəhəri də bizim nəzarətimizdədir, gediş-gəlişlə bağlı müəyyən tənzimləmələr aparılır. Biz təkcə Laçın haqqında düşünürüksə, bu dünyada yaşamamalıyıq. Artıq Qərbi Azərbaycan məsələsini düşünürük, ona görə də ermənilər sarsaq-sarsaq hərəkətlər eləməsinlər. Əgər xoşluqla verməsələr, dəhlizi də alacağıq, Göyçə gölünü də, İrəvanı da. Ora da Azərbaycanındır.

araz.az  xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov deyib.

O bildirib ki, o hələ 5-7 il bundan əvvəl ermənilərə xəbərdarlıq edib:

“O bədbəxtlərə xəbərdarlıq eləmişdim ki, özünüzü bədbəxt eləmisiniz, darmadağın olacaqsınız. Ermənilər mənim sözümə baxmadılar. Azərbaycan prezidenti iki dəfə onların böyüklərinə də, kiçiklərinə də xəbərdarlıq elədi. Hamı gördü ki, 44 günlük müharibədən sonra hansı faciəvi duruma düşdülər. Onların heç nələri yoxdur, bizim qabağımızda nə ilə duracaqlar?! Bəlkə onlar həmin torpaqlarda doğulublar?! Bəlkə ermənilərin normal zabit və hərbi kadrlar hazırlamaq üçün pulları var?! Yoxdur! Öz elit qoşunlarını yaratmaq üçün imkanlara malik deyillər. Ermənilər köhnə tank və toplara arxayındırlar. Bunlarla Azərbaycan Ordusunun, xalqımızın qabağında durmağa ümid edirlər. Onlar Azərbaycanın məharətli hərb tarixini oxusunlar. Görsünlər ki, bizim babalarımızın heç biri zəif olmayıb. İranzudan Babəkə, Uzun Həsənə, dünyanın ən böyük dahi hərbi şəxsiyyəti Nadir şaha qədər hamısını oxusunlar. Ermənilər unutmamalıdır ki, bu günkü Azərbaycan Ordusunun özəyini ulu öndər qoyub. Bu gün Azərbaycan Ordusunun müasir ordu kimi formalaşdıran Ali Baş Komandanımız İlham Əliyevdir. Ermənistan anlamalıdır ki, müharibə qurtarandan sonra da Azərbaycan yeni-yeni silahlar alır. Özü də bu silahlar müxtəlif qoşun növlərini əhatə edir”.

Yaşar Aydəmirov bildirib ki, Azərbaycan Ermənistandan fərqli olaraq mütəmadi qaydada genişmiqyaslı hərbi təlimlər keçirir:

“Ermənistanın isə bu cür böyük təlimləri keçirməyə pulu və imkanı yoxdur. Qarabağ müharibəsi də göstərdi ki, Azərbaycan Ordusu dağlarda, meşələrdə, çətin keçilən yerlərdə, şəhər döyüşlərində böyük müvəfəqiyyətlər qazanıb. Biz bu cür döyüşlərə yenə hazırıq. Eləcə də hər bir zabit və əsgərlərimiz də hazır olmalıdırlar. Lazım olan məqamı isə Ali Baş Komandan bilir. Ermənilərin Laçınla bağlı axmaq fikirləri isə özlərini arxayınlaşdırmaq üçündür, mitinqlərdə özlərinə xal qazanmaq üçün danışırlar. Azərbaycan heç vaxt Ermənistana uduzmayıb. Bu heç zaman baş verməyib. Ona görə də Laçın dəhlizini, bir sıra bəzi yaşayış məntəqələrini, eləcə də Qərbi Azərbaycanı işğaldan azad eləmək üçün heç bir problemimiz yoxdur. Laçının özü isə bizim əlimizdədir. Sadəcə olaraq təxliyyələr və hərəkət üçün yollardan istifadə ilə bağlı hələlik Ali Baş Komandan icazə verib. Onlara verilən qaz da, işıq da, su da bizimkidir. Hətta mobil operatorlar da bizimdir. Hətta Ali Baş Komandan tapşırıq verərsə, qısa müddətdə Xankəndidə də nəzarəti bərpa edə bilərik. Məsələnin siyasi tərəfi ilə bağlı mən məşğul olmuram”.

General Aydəmirovun fikrincə, oradakı ağıllı ermənilərin hamısı bizim tabeliyimizə keçməyimizi istəyir:

“Çünki yaşayış və təminat yaxşı olacaq. Babat maaş, pensiya da alacaqlar. Bizim ordumuz üçün Qazaxın 7 kəndini, ümumiyyətlə, 7-8 yaşayış məntəqəsini almaq problem deyil. Sözlərim səmimidir, heç bir saxtakarlıq yoxdur. Bizim elit qoşunlarımız gedib orada oturacaqlar. Yol qarışıq həmin ərazilərin hamısını götürəcəklər. Bu məsələnin hərbi tərəfidir. Siyasi tərəfini isə Ali Baş Komandanımız müəyyənləşdirir. Nə vaxt nə qərar verilsə, ona da hazırıq. Ermənilər kapitulyasiya aktına qol çəkiblər. Bu kəndlər 10 noyabr bəyannaməsində qeyd olunub. Biz nə Kərkisiz, nə Bağaniz Ayrımsız, nə də digər yaşayış məntəqələri olmadan yaşamarıq. Biz dünyanın elit, yüksək hərbi texnologiyalara malik ölkələrindən silah-sursatlar almışıq. Mən həmin ölkələrin və silahların adlarını açıqlaya bilərəm, amma açıqlamıram. Çünki bu silahların adlarını çəkməyə, onları nümayiş etdirməyə ancaq Ali Baş Komandanın ixtiyarı var. Onların adını çəkmək üçün hələ tezdir və lazım deyil. Bizim Müdafiə Sənayesi Nazirliyi də yeni texnologiyalar hazırlayır, kənardan da müasir texnikalar alır”.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər