"Putinlə bir il əvvəl Qafqazın taleyi barədə mübahisə etdi, "xalq düşməni"nə çevrildi və..."

1655921724 indir 2

"Ölkədən çıxa bilməzsən..."
Putinlə mübahisə edən tanınmış rusiyalı rejissor Rusiyadan xaricə buraxılmayıb.
araz.az  xəbər verir ki, bu qəribə olay barəsində "İnterfaks" agentliyi məlumat verib.
"Məni sərhəddə dörd saat saxladılar və mən Peterburqa qayıtdım. Yalnız məni və fondumuzun direktorunu buraxmadılar, - o, kinematoqrafa qeyri-kommersiya  "İntonasiya nümunəsi" dəstək fondunu nəzərdə tutaraq belə deyib.
Onun sözlərinə görə, problem Rusiya tərəfdən Finlandiya ilə sərhəddə yaranıb. Sokurov bu ölkədən Milana tranzit kimi istifadə etməyə hazırlaşıb, orada konfransda çıxış etməliymiş.
Gömrükdə bu qərar Rusiya baş nazirinin koronavirusla bağlı sərəncamı ilə izah edilib.
"Məni bir neçə saat Helsinki hava limanında saxladılar, biz Milan reysinə gecikəcəyimizi gözləyirdik, belə də oldu", - Sokurov deyib.
Səfərin İtaliya və Finlandiya tərəfləri ilə ilkin  razılaşmamız da kömək etmədi.
Bu həftə Finlandiya koronavirusla bağlı, o cümlədən Rusiyadan olan turistlər üçün ölkəyə daxil olmaqla bağlı bütün məhdudiyyətləri ləğv edib. Səyahətçilərə daha peyvənd barədə sertifikat və ya COVİD-19 testlərinə ehtiyac yoxdur.
Lakin RBK nəşrinin dəqiqləşdirməsinə görə, Rusiya tərəfindən məhdudiyyətlər əvvəlkitək qüvvədədir. Ölkədən yalnız Finlandiyada daşınmaz əmlaka sahib olanlar, fin klinikalarının pasientləri, ikinci vətəndaşlığı olanlar, həmçinin "mühüm əmək funksiyalarını icra etmək üçün" gedən vətəndaşlar çıxa bilər.
Ötən ilin dekabrında Venesiya kinofestivalının "Qızıl şir" mükafatını qazanan Sokurov Rusiya prezidenti Vladimir Putinlə Qafqazın taleyi barədə mübahisə edib. Bundan sonra milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya üzrə çeçen nazir Əhməd Dudayev rejissoru "ağılsız" və "xalq düşməni" adlandırıb.
Sokurov Rusiya prezidenti yanında vətəndaş cəmiyyəti və insan haqları üzrə Şuranın üzvüdür. 
Rejissor kimi o, "Tutulma günləri" (film Struqatski qardaşlarının "Dünyanın sonundan milyon il əvvəl" romanı əsasında çəkilib), "Müharibə Allahı", "Aleksandra", "Faust" və başqa filmlərdən tanınıb.
araz.az xəbər portalı.

Əlaqəli xəbərlər