AZƏRTAC-la bağlı cinayət işi başlanılıb? - Rəsmi açıqlama

 

azertaga.jpg

Sosial şəbəkələrdə və bir sıra KİV-lərdə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə bağlı cinayət işi başladıldığına dair iddialar yayılıb.

araz.az-ın xəbərinə görə, məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"nun soruğusuna cavab olaraq bildirilib ki, iddialar həqiqəti əks etdirmir.

Qeyd edək ki, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov 2 gün öncə vəzifəsindən azad olunub. Daha sonra bir sıra media qurumlarında onun korrupsiya əməllərinə görə işdən çıxarıldığına dair iddialar yayılıb.

71 yaşlı A.Aslanov 2002-ci ildən AZƏRTAC-ın baş direktoru, 2018-ci ildən isə İdarə Heyətinin sədri idi.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər