"Dövlət başçısının Müşfiq irsinə bu cür həssas münasibəti onun necə humanist lider olduğunun göstəricisidir"

elisahib-huseynov.jpgPrezident İlham Əliyevin Mikayıl Müşfiqlə bağlı atdığı addım həqiqətən də ürəkaçan və diqqətəlayiqdir.

Prezidentin məsələni şəxsi nəzarətinə götürməsi xalqımızın ədəbi və əbədi yaddaşı üçün də çox böyük önəm daşıyır. Nəhayət ki, Müşfiqlə bağlı bütün nigarançılıqlara, qeyri-müəyyənliklərə aydınlıq gətirmək imkanı yaranıb. Müşfiqə aid edildiyi bildirilən qalıqların DNT analizi nəticəsində həqiqətən də böyük şairimizə məxsusluğu öz təsdiqini taparsa, onun nəşini dini və milli ənənələrimizə uyğun şəkildə dəfn etmək xalqımızın vəfa borcudur. Şairin narahat ruhu da hüzura qovuşar. Mən cənab Prezidentə bütün Müşfiqsevərlər adından və şəxsən öz adımdan təşəkkür edirəm! Dövlət başçısının Müşfiq irsinə, Müşfiq xatirəsinə bu cür həssas münasibəti onun necə humanist lider olduğunun göstəricisidir. Mən inanıram ki, nakam şairimizin xatirəsi layiqincə dəyərləndirilərək əbədiləşdiriləcəkdir. Çünki Mikayıl Müşfiq ümumxalq sevgisini qazanmış şairdir və müasir Azərbaycan ədəbiyyatının simvollaşmış obrazıdır.

Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Əlaqəli xəbərlər