Fars rejim azərbaycanlı fəal Ulduz Qasiminin anası və zaminini həbslə hədələdi

ulduz-q.jpgGADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin ETTELAAT İdarəsinin məmurları 2018-ci il noyabrın 5-də səhər saatlarında azərbaycanlı milli-mədəni fəal Ulduz Qasiminin anasına zəng edərək, onu həbslə hədələyiblər.

Rejimin məmurları bildiriblər ki, Ulduz Qasimiyə məhkəməyə müraciət üçün çağırış vərəqəsi göndərilib və o məhkəməyə gəlməyib. Fəal məhkəməyə müraciət etməyəcəyi təqdirdə onun anasını yaxalayacaqları ilə hədələyiblər.

İşğalçı fars rejimin məmurları həmçinin həmin gün Ulduz Qasimiyə zamin duran şəxsə də zəng edərək, məhkəmə və həbslə hədələyiblər.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Ulduz Qasimi Urmiyadan olan Azərbaycanın tanınmış fəallarındandır. O Azərbaycan türk millətinin hüquqları uğrunda mədəni mübarizəyə görə rejim tərəfindən dəfələrlə yaxalanaraq cəzalandırılıb.

Əlaqəli xəbərlər