"PREZİDENTİN ÇIXIŞI AĞDAM CAMAATINDA BÖYÜK RUH YÜKSƏKLİYİ YARATDI" - DEPUTAT

Aqil abbas"Prezident İlham Əliyevin Ağdama səfəri həmin rayonda adabdlıq və quruculuq işlərinin görülməsi, yeni iş yerlərinin yaradılması deməkdir".

Bunu "Sherg.az"a millət vəkili Aqil Abbas söyləyib.

Deputat qeyd edib ki, möhtərəm Prezidentin Ağdama səfəri çərçivəsində rayonda "Muğam" Mərkəzi fəaliyyətə başladı. Xalça fabriki açıldı. Burada 150 adam işlə təmin olundu. "Atçılıq" zavodu işə başladı. Orada da müəyyən sayda adamlar işlə təmin olundu. Dünyada məşhur olan Qarabağ atları orada yetişdirilir:

"Bu səfər eyni zamanda insanların rifah halının yaxşılaşmasına xidmət edir. Ağdam abadlaşıb. Bu rayonda aprel döyüşləri zamanı dağıdılmış evlər vardı. Həmin evlər yenidən təmir olunub. İnsanlar öz evlərinə qayıdıblar. Prezident Ağdamdakı köhnə binaların yenidənbərpasına vəsait ayırdı. Bu səfər Ağdam camaatına böyük ruh yüksəkliyi bəxş etdi. Ölkə başçısının Ağdamda Dağlıq Qarabağla bağlı söylədiyi fikirlər ilk deyil. Ölkə başçısı bu barədə dəfələrlə bəyanat verib. Cənab Prezident diqqətə çatdırıb ki, Dağlıq Qarbağ münaqişəsi sülh yolu ilə həll olunmasa, münaqişənin hərb yolu ilə tənzimlənməsi üçün yetərli gücümüz var. Hərbi qüdrətimiz düşmənin hərbi gücündən dəfələrlə artıqdır. Düşmən, eləcə də onun havadarları aprel və Güllüt hadisələri zamanı Azərbaycanın gücünü gördülər. Möhtərəm Prezidentimizin çıxışı Ağdam camaatına böyük ruh yüksəkliyi verdi. Bir gün əvvəl Ağadamda idim. Camaat möhtərəm Prezidentin Ağdama səfərini çox böyük həvəslə, sevinclə gözləyirdi".

Ayyət Əhməd

Əlaqəli xəbərlər