Erməni general ruslara yalvardı: “Xahiş edirəm, Qarabağ məsələsini müharibə ilə həll etməyin…”

205436.jpg


General-leytenant Norat Ter-Qriqoryants: “Dağlıq hərbi əməliyyatlar ərazisi bizim əlimizdədir…”
“İndi biz Azərbaycanla müqayisədə pis silahlanmamışıq...”

 

Moderator.az xəbər verir ki, bu sözləri erməni general-leytenant Norat Ter-Qrigoryants İrəvanda erməni-rus "Lazarev Klubu" nun Qarabağa həsr edilmiş iclasında çıxış edərkən deyib.

 

"Müharibə ilə xalq qarşısında duran vəzifələri yerinə yetirmək mümkün deyil. İndi biz Azərbaycanla müqayisədə pis silahlanmamışıq. Bizdə düşmənə ən yüksək səviyyədə sarsıdıcı bir məğlubiyyət yetirmək üçün bütün silahlı mübarizə vasitələrimiz var. Üstəlik, Ancaq bu məsələni müharibə ilə həll etməməyinizi xahiş edirəm…”-deyə erməni general yalvarıb.

 

P.S. Hiss olunur ki, erməni general bir yandan Rusiyadan alınan silahlara və Ermənistandakı 102-ci bazaya arxayın olaraq bizə qarşı hərbi üstünlükdən danışır, ancaq digər tərəfdən, gerçəklikdə Azərbaycanın hərbi gücünün, ən azı, say və maddi-texniki təminat baxımından ermənilərinkindən üstün olduğunu, eləcə də Moskvanın İrəvanı cəzalandırmaq məqsədilə Bakı ilə təkbətək qoyacağından məğlub olacaqlarından çəkinir. Ona görə də Rusiyanın təsis etdiyi klubda yalvarır ki, Qarabağ məsələsini savaşla həll etməyin…

 

P.P.S. Azərbaycan düşmən generallarına gerçək bir qorxu yaşatmaq imkanını tezliklə reallaşdırmalıdır…

 

Sultan Laçın

Əlaqəli xəbərlər