Ermənilərdən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı AÇIQLAMA

Dilqem Sahbaz

"Artsax Respublikasının rəhbərliyi Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad edilməsiylə bağlı danışıqlar aparmayıb və aparmır".

Araz.azxəbər verir ki, bu barədə Ermənistanın "news.am" saytına verdiyi müsahibə zamanı qondarma rejimin Əsir, girov və itkin düşmüş şəxslərin məsələləri üzrə dövlət komissiyasının sədr müavini Marat Qalstyan deyib.
"Beynəlxalq humanitar hüquq normlarına əsasən, Dilqəm Əsgərov və Şahbaz Quliyev nə əsir, nə də girov sayılmır. Azərbaycanın adı çəkilən vətəndaşları qanunsuz olaraq Artsax Respublikasının ərazisinə girib və bir sıra ağır və xüsusilə ağır cinayətlər yerinə yetirib, o cümələdən 17 yaşlı Smbat Tsankanyanı oğurlayıb və öldürüb. Buna görə Artsax Respublikasının məhkəməsinin hökmiylə öz cəzalarını çəkirlər", - deyən Marat Qalstyan bildirib ki, bu səbəblə Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi Artsax Respublikasının əsir, girov və itkin düşmüş şəxslərin məsələləri üzrə Dövlət komissiyasının səlahiyyətində deyildir. /Yeniavaz.com /

Əlaqəli xəbərlər