Himayət Rizvanqızı MSŞA əlaqələndiricisi seçilib –Toplantı+qərar

48403863_1124781537682174_11.jpgMədən Sənayesində Şəffaflıq Azərbaycan Koalisiya Şurasının (MSŞA) növbəti 189-cu, XX Ümumi Yığıncada seçilmiş yeni tərkiblə isə ilk iclası keçirilib.

Strateq.az xəbər verir ki, bu barədə qurumun yaydığı açıqlamada bildirilir.

Məlumatda qeyd olunur ki, iclasda yeni seçilmiş 11 nəfər Şura üzvləri ilə yanaşı, 3 nəfər Monitorinq Qrup üzvü və Beynəlxalq “Odədiyini Açıqla” təşkilatının Avrasiya regionu üzrə koordinatoru Emil Omarov da iştirak edib.
İclasın gündəliyində MSŞA Koalisiyasının növbəti XX Ümumi Yığıncağının nəticələri, Koalisiya Şurasının yeni əlaqələndiricisinin seçkisi, Kоаlisiyа Əsasnaməsinin 4.4 bəndinin icra vəziyyəti kimi bir sıra zəruri məsələlər yer alıb.
Açıqlamada daha sonra qeyd olunur ki, 3 saata yaxın aparılmış gərgin müzakirələrdən sonra Şura üzvləri yekdil səslə aşağıdakı vacib qərarların qəbulunu məqsədəuyğun hesab ediblər:
– XX Ümumi Yığıncağın nəticələri qənaətbəxş hesab edilsin;
– Kоаlisiyа Əsasnaməsinin 4.4 bəndinin icrasını(koalisiya üzvlərinin Ümumi Yığıncaqlarda təmsilçilik qaydaları haqqında ) dəyərləndirmək üçün 3 nəfərdən ibarət İşçi qrupu yaradılsın:
– Koalisiyanın Yeni Fəaliyyət strategiyası və İllik Fəaliyyət planının hazırlanması üşün aşağıdaki tərkibdə İşçi qrupu yaradılsın( Himayət Rizvanqızı, Məlahət Mürşüdlü, Fuad Həsənov,İlham Hüseynli );
– “Himayədar” Humanitar Tərəqqi İctimai birliyini sədri Himayət Rizvanqızı Koalisiya Şurasının yeni əlaqələndiricisi seçilsin.

Əlaqəli xəbərlər