Tağı Əhmədov Həccə getdi – FOTO

tagi-ehmedov.jpg

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Səudiyyə Ərəbistanına yola düşüb.

A24.az-ın əldə etdiyi məlumata görə, T.Əhmədov bu dəqiqələrdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yaxınları tərəfindən ziyarətə yola salınıb. Onun ölkənin Məkkə şəhərində yerləşən Kəbə evini ziyarət edəcəyi bildirilir.

Qeyd edək ki, Həcc ziyarətindən iki ay sonra kiçik Həcc (Ümrə) ziyarətinə gedişlər başlayır. Adətən, Ümrə ziyarəti 3 günlük Mədinə, 5 günlük isə Məkkə ziyarəti ilə ümumilikdə 9 gün çəkir.

Xatırladaq ki, T.Əhmədov 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifəsində çalışıb.

http://a24.az/wp-content/uploads/2018/12/Tağı-Əhmədov-225x300.jpg 225w, http://a24.az/wp-content/uploads/2018/12/Tağı-Əhmədov-61x81.jpg 61w, http://a24.az/wp-content/uploads/2018/12/Tağı-Əhmədov-85x113.jpg 85w, http://a24.az/wp-content/uploads/2018/12/Tağı-Əhmədov-154x205.jpg 154w, http://a24.az/wp-content/uploads/2018/12/Tağı-Əhmədov-330x440.jpg 330w, http://a24.az/wp-content/uploads/2018/12/Tağı-Əhmədov-236x315.jpg 236w" sizes="(max-width: 720px) 100vw, 720px" width="720" height="960">

Əlaqəli xəbərlər