Uyğur türklərinin böyük din alimi Muhammed Salih Hacim Çin həbsxanasında şəhid oldu

muhammadSalih.jpgQədim türk yurdu Doğu Türküstanda Uyğur türklərinin etnik kimliyinə qarşı insanlıq dramı, soyqırım , fiziki və mənəvi zorakılıq ən acnacaqlı formada davam edir. Uyğur türkləri kamplarda fiziki mənəvi işgəncələrə məruz qalır evlərinə çinli kişilər zorla salınaraq uyğur qızlarını zorlayır.

Heç bir hüquq və mənəvi əxlaqi ölçülərə sığmayan Çin imperalist siaysətinə başda Türkiyə Cümhuriyyəti olmaqla heç bir dövlət beynəlxalq təşkilat etiraz etmir. Əksər dövlətlər o cümldən dünyaya radikal islam ixrac etməklə məşğul olan və özünü müsəlman dövləti sayan Səduyyə Ərəbistanı bu məsələləri Çin dövlətinin daxili işi hesab edir. Lakin beynəlxalq hüququn hamılıqla qəbul etdiyi prinsiplərə görə “insan hüquqları” heç bir dövlətin daxili işi hesab edilə bilməz. Lakin dünyada müsəlman-türk kimliyinə münasibətdə bu prinsiplər ikili standartlarla əvəz edilməsi kimi acı nümunə uyğur türklərinində taleyinə yazılıb. Təəssüf ki, son dönəmlər Çin həbsxanalarında şəhid olan uyğur türklərinin azman kişilərinin ölüm xəbərləri belə türk dünyasına təsirsiz ötüşür. Bir müddət əvvəl ünlü uyğur ozanı Əbdürəhim Heyitin ölüm xəbəri türk dünyasını sarsıtdı bu səbəbdən bir neçə gündən sonra ünlü ozanın Çin həbsxanasından sağ olması ilə bağlı vido müraciətini yaymaq zorunda qaldılar. Lakin Əbdürəhim Heyitin ölüm xəbəri yanlış olsa da daha acınacaqlı gerçəklə üz-üzə qaldıq böyük alim Muhammed Salih Hacim həbsxanada şəhid oldu.

Qurani-Kərimi uyğur türkçəsinə çevirən islam alimi Muhammed Salih Hacim kimdir?

1936-cı ildə Doğu Türkistanın Artuş şəhərində anadan olan Muhammed Salih Hacim kiçik yaşlarında ərəb-fars dillərini mənimsəmiş 11 yaşındaykən Quran hafizi olmuşdur. Onun mükəmməl bir din alimi kimi yetişməsində bölgədə şair və böyük din alimi kimi nüfuz sahibi olan atası Salih Hacimin böyük rolu olmuşdur. Muhammed Salih Hacim Qurani-Kərimi uyğur türkçəsinə çevirən ilk islam alimi kimi şərəfli bir ünvanıda daşımışdır. 3 il öncə heç bir səbəb olmadan Çin polisi tərəfindən həbs edilən böyük islam alimi bu günlərdə 82 yaşında Çin həbsxanasında şəhid olmuşdur.

Səməd Vəkilov

Əlaqəli xəbərlər