Mehman Hüseynov azadlığa buraxıldı

27c724e22b37fb03b6162eaa48a65a89.jpgMehman Hüseynov azadlığa buraxılıb.

Araz.az xəbər verir ki, Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilən Mehman Hüseynov cəzası başa çatdığı üçün bu gün azadlığa buraxılıb.

Xatırladaq ki, həbsindən əvvəl polis tərəfindən saxlanılan M. Hüseynov Nəsimi rayon Polis İdarəsində işgəncəyə məruz qalması barədə açıqlama verib. Bundan sonra Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev onu xüsusi ittiham qaydasında məhkəməyə verib. Mehman Hüseynov Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəmişdi.

İlkin Muradov
Musavat.com

Əlaqəli xəbərlər