Gəncə-Qazax iqtisadi regionundan olan gələcək sahibkarlar növbəti təlimlərini yekunlaşdırdı

IMG_2000.jpgGəncə-Qazax iqtisadi regionundan olan gənclər “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində həyata keçirilən “New Generation” layihəsi üzrə növbəti təlimlərini yekunlaşdırıb.

Böyük maraq və həvəslə qarşılanan təlimlərdə Gəncə şəhərində ümumilikdə 274 iştirakçı təlimçi və gənc sahibkar Camal Ağayev tərəfindən keçirilən “İdeya Generasiyası”, “Sahibkarlıq bacarıqları” və “Rəqəmsal Marketinq” təlimlərində iştirak ediblər. Həmçinin fevral ayı ərzində Abşeron, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi regionundan olan gənclər üçün keçirilən növbəti təlimlər də yekunlaşıb. Artıq 4 iqtisadi regionda təlimlərdə iştirak edərək seçilmiş 100 başlanğıc ideya sahibi “New Generation” layihəsinin III mərhələsi üzrə mentorinq mərhələsində iştirak edəcəkdir.
Qeyd edək ki, “New Generation” layihəsi “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində “Coca-Cola Foundation”-un dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə 2018-ci ildə həyata keçirilməyə başlayaraq ölkə miqyasında 4 iqtisadi regionu əhatə edir. Layihənin əsas məqsədi ölkə ərazisində gəncləri sahibkarlığa cəlb həvəsəndirmək və mövcüd biznes ideyaları daha da inkişaf etdirərək startap ekosisteminə qoşmaqdır. 1 il davam edəcək “New Generation” layihəsi Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi regionlarında icra olunur. Layihəyə qoşulan gənc sahibkarlar ümumilikdə 4 mərhələdən keçəcək.
Təlimlər haqqında məlumat almaq və qoşulmaq üçün: nguniversity.youthinc.az

Əlaqəli xəbərlər