Fazil Mustafa "Kazbek" mahnısına görə Qaralovla Usubova müraciət etdi

fazil 1Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkələrdə "Kazbekə şey basım fırranım” adı ilə paylaşılan mahnı ilə əlaqədar Baş prokuror Zakir Qaralov və Daxili İşlər naziri Ramil Usubova müraciət edib.

Araz.az xəbər verir ki, millət vəkilinin sözlərinə görə, bu videonu çəkənlər, narkomaniyanı təbliğ edərək belə bir meyxananı səsləndirənlər və rəqs edənlərin məsuliyyətə cəlb edilməsi barədə təcili tədbir görülməlidir:

"Bu adamların davranışı birbaşa cinayətə çağırışdır, narkomaniyanın açıq təbliğidir və buna gülən, bunu bəyənən nadan sürüsünə rağmən cəmiyyətin az-çox düşünən insanları bu cür iyrənc təbliğatdan hansı fəsadların törənə biləcəyinin fərqindədirlər. Kim bu videonu bəyənmişsə, Allah mütləq onların ocağını nəşələndirəcək, Kazbek dolduranlarla fərəhləndirəcək.. Narkomaniyanı təbliğ edən bu fahişələrin başını keçəl vurdurub küçə süpürtdürmək ən faydalı islah işi olardı...Burada uşaqları belə bir klipə cəlb edənləri də ifşa etmək unudulmamalıdır”, - deyə Fazil Mustafa qeyd edib.

 

Əlaqəli xəbərlər