KİVDF qəzetlərlə bağlı qərarını açıqladı – 25 nəşrə pul ayrıldı – SİYAHI

qazetletAzərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

KİVDF-dən Modern.az-a verilən məlumata görə, Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası gündəliyinə daxil edilmiş Fondun 2019-cu ilin II rübü üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş sənədlərin müzakirəsi və təsdiqi barədə məlumat verib.

Məsələ ilə bağlı məlumat verən icraçı direktor Vüqar Səfərli bildirib ki, 2019-cu ilin ikinci rübü üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqə fevralın 1-dən martın 28-dək davam edib. “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinın inkişafına dövlət dəstəyi Konsepsiyası”na əsasən 19 istiqamət üzrə keçirilmiş maliyyə yardımı müsabiqəsinə 25 ictimai-siyasi qəzetdən sənəd təqdim edilib. V. Səfərli qeyd edib ki, 2019-cu ilin ilk rübündə maliyyə yardımı ayrılmış əksər qəzetlərin fevral-mart aylarında tiraj və yayımla bağlı Fonda təqdim etdikləri hesabatlar onların ikinci rüb üçün elan edilmiş yeni maliyyələşmə şərtlərinə hazır olmadıqlarını göstərib. İcraçı direktor bildirib ki, Fond bu səbəbdən də güzəştli və humanist yanaşma nümayiş etdirərək fevral-mart aylarında tiraj və yayımla bağlı təqdim olunmuş sənədlər əsasında ictimai-siyasi qəzetlərin 3 kateqoriyaya (gündəlik, günaşırı və həftəlik) bölünməsini və maliyyələşdirilməsini təklif edir. İcraçı direktor bildirib ki, I kateqoriyaya son 3 ildə müntəzəm nəşr olunan, tirajı 3000 nüsxədən, satış və abunəsinin cəmi 2000 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin daxil edilməsi, onlara aylıq 20000 manat maliyyə yardımının ayrılması təklif olunur. II kateqoriyaya son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan, günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin daxil edilməsi, onlara aylıq 10000 manat maliyyə vəsaitinin ayrılması məqsədəuyğun sayılır. III kateqoriyaya isə son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 24-dən (A3, B2 formatda) az olmayan həftəlik ictimai-siyasi qəzetlərin daxil edilməsi və onlara aylıq 5000 manat maliyyə vəsaitinin ayrılması təklif olunur.

V. Səfərlivurğulayıb ki, yeni şərtlərə əsasən qəzetlərə ayrılacaq maliyyə yardımının əsaslı şəkildə artırılması nəzərdə tutulur. İcraçı direktor, həmçinin bildirib ki, 2019-cu ilin II rübündə yeni şərtlərə cavab verməyən qəzetlərin maliyyələşdirilməsinin dayandırılması nəzərdə tutulur. Sonra Müşahidə Şurasının üzvləri yayım və tirajla bağlı təqdim edilmiş sənədlər əsasında geniş müzakirələr aparıblar. Müzakirələr nəticəsində ictimai-siyasi qəzetlərin təklif olunan 3 kateqoriya üzrə bölgüsü həyata keçirilib.

Müzakirələrin sonunda 2019-cu ilin II rübündə 25 gündəlik, günaşırı və həftəlik ictimai-siyasi qəzetin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib.

Fondun 2019-cu ilin II rübü üzrə maliyyə yardımı ayrılmış ictimai-siyasi qəzetlər

I kateqoriya – Gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan)

ictimai-siyasi qəzetlər

Qəzetin Adı Ayrılmış vəsait

(manatla)

1. “Bakı-Xəbər” qəzeti  

20000

2. “Kaspi” qəzeti  

20000

3. “Yeni Müsavat” qəzeti  

20000

4. “Səs” qəzeti  

20000

5. “Yeni Azərbaycan” qəzeti  

20000

6. “Mövqe” qəzeti  

20000

7. “Kaspiy” qəzeti  

20000

II kateqoriya – Günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan)

ictimai-siyasi qəzetlər

Qəzetin Adı Ayrılmış vəsait

(manatla)

1. “Həftə İçi” qəzeti  

10000

2. “Novoye Vremya” qəzeti  

10000

3. “Azernews” qəzeti  

10000

4. “525-ci qəzet”  

10000

5. “Xalq Cəbhəsi” qəzeti  

10000

6. “Paralel” qəzeti  

10000

7. “Hürriyyət”  

10000

8. “Olaylar” qəzeti  

10000

9. “Palitra” qəzeti  

10000

     10. “Ədalət” qəzeti  

10000

11. “Üç nöqtə” qəzeti  

10000

12. “Azad Azərbaycan” qəzeti  

10000

13. “Şərq” qəzeti  

10000

III kateqoriya – Həftəlik ictimai-siyasi qəzetlər

Qəzetin Adı Ayrılmış vəsait

(manatla)

1. “Oxu Məni” qəzeti  

5000

2. “Unikal” qəzeti  

5000

3. “Hərbi And” qəzeti  

5000

4. “Türküstan” qəzeti  

5000

5. “The Business Times” qəzeti  

5000

Əlaqəli xəbərlər