Aprel şəhidi Əbdülməcid Axundovun anım mərasimində haqqında çəkilmiş filmin təqdimatı olub

ses0304-201904.jpg
Hərbtariximizin şanlı səhifələrindən biri olan dördgünlük Aprelin döyüşlərinin ildönümü respublika Mədəniyyət Nazirliyinin dəstəyi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə, paytaxtdakı Nizami Kino Mərkəzində başqa bir mənzərə ilə qeyd olunub.

ses0304-201903.jpgMərasimdə öncə Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mərkəzin foyesindəki qəhrəman Aprel şəhidlərinə həsr olunmuş stendə baxışdan sonra, sumqayıtlı şəhid Əbdülməcid Axundov haqqında çəkilmiş "Mən səninləyəm, Ana Vətən” bədii-sənədli filminin yüksək səviyyədə təqdimatı keçirilib. Ekran əsərinin yaradıcı heyətinin təqdimatından məlum olub ki, filmin deya müəllifi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, prodüseri Xəqani Haşımov, quruluşçu rejissoru Elşən Zeynallı və başqalarıdır. Yaradıcı heyətin üzvləri öz çıxışlarında bildiriblər ki, Dağlıq Qarabağda erməni qəsbkarlarına qarşı döyüşmüş, canından, qanından və sağlamlığından keçmiş insanlar bu gün cəmiyyətimizdə yüksək dəyərləndirilir: "2016-cı ildə Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşatdı. Bu sevinci bizə yaşadan qəhrəman Vətən övladlarından biri də, Aprel döyüşlərində şəhid olan manqa komandiri Əbdülməcid Axundovdur. Gənclər üçün əsl qəhrəman və vətənpərvərlik nümunəsi olan Əbdülməcid Axundovun Vətən qarşısındakı xidmətlərini daim xatırlamaq, belə oğullarla bağlı gənc nəslə daha geniş məlumat vermək vacibdir".

Tədbir iştirakçıları olan ictimaiyyətin tanınmış nümayəndələri də, ekran əsəri haqqında öz təəssüratlarını bölüşüb, Aprel döyüşlərinin, doğrudan da, hərb tariximizin şanlı səhifələrindən biri olduğunu qeyd ediblər.

Filmdə ana obrazını canlandıran şəhidin anası Ceyran Axundova da, çıxış edərək filmin yaradıcı heyətinə, tədbir iştirakçılarına təşəkkürlərini bildirib.

Mədəniyyət Nazirliyinin dəstəyi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə reallaşan mərasiminn sonunda "Mən səninləyəm, Ana Vətən” bədii-sənədli filmi nümayiş olunub.

 

 

ses0304-201905.jpg

araz.az.

Əlaqəli xəbərlər