10 milyonuncu sıra nəfəri ağdərəli oldu - Prezident və vitse prezident təbrik etdi

prezident-first-ledy.jpg

2019-cu il aprelin 6-da sat 3:40 radələrində keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını və uşağın valideyinlərini təbrik edirlər.

Xatırladaq ki, Ağdərə rayonu və Sırxavənd ərazi idarəetmə qurumu səriştəsiz Elçibəy hakimiyyəti dövründə ləğv edilib. Bu kəndlər Ağdam rayonuna verilib və doğulan körpənin valideynləri ağdərəli olsalar da körpə ağdamlı kimi qeydə alınır. Gələcəkdə Dağlıq Qarabağda azərbaycanlı icmasının sayının 14 min nəfərədək azaldılması içimizdəki erməni kolonunun ən parlaq işlərindəndir. Bunun nəticəsində 10 milyonuncu ağdərəli də ağdamlı kimi dünyaya gəldi.

10 milyonuncu sıra nəfərimizi və onun valideynlərini AVMVİB adından təbrik edir, Ağdərənin füsunkar qoynunda böyüməsini arzu edirik!

Əlaqəli xəbərlər