AZƏRBAYCANA XƏYANƏT: İSTEDADLI FIRILDAQÇI KİMİ AD ÇIXARAN EYNULLA FƏTULLAYEVİN ERMƏNİ SEVGİSİ -- ŞOK İTTİHAMLAR

mirk-eynulla.jpg

MƏSƏLƏNİN ƏSAS MAHİYYƏTİNDƏ DAYANAN HƏQİQƏTLƏR ÇOX TƏƏSSÜFEDİCİ VƏ ÜZÜCÜDÜR

"QANQSTER" DEYƏ, TANINMIŞ BİR SOYDAŞIMIZA BÖHTAN ATAN SAYT RƏHBƏRİNİN ÖZÜ, QƏLƏMİYLƏ SİFARİŞ İCRA EDƏN KİLLERDİR

Mən, mətbuat pərdəsində istedadlı fırıldaqçı, böhtan və şantaj ustası kimi məşhurlaşan Eynulla Fətullayevin iyrənc sifarişlər icraçısı olduğu barədə yazmışam. Və bu oyunları təpədən-dırnağadək milli adamlar üzərində kimlərin qurub, onları mətbuatla vurmağın icra vacibliyini nədən Eynullaya həvalə etmələrinin səbəblərini də yaxşı bildiyimi açıqlamışam. Qeydlərimin əsas mahiyyəti ondan ibarət olub ki, milli adamlara qarşı kin-küdurət, qəzəb, şantaj, böhtan dolu sifarişləri küçə sözləri yazmaq qədər dramatikləşdirmək məhz Eynulla Fətullayevin xarakterinə uyğundur. Açığı, belə oyunları, onları quranların və icraçısının iyrənclik dolu bu qədər açıq müstəvidə oynamaları əcaib mənzərələr yaradır; İcraçının rəhbərlik etdiyi virtualaz.org və haqqın.az saytlarının çoxdandır məmur davalarının açıq poliqonuna çevrilməsi, həmişə hədəfdəki hər kəsin "kürəyindən bıçaq saplamaq" üçün istifadə edilməsi və beləcə, hər kəsin qırmızı xəttini keçməsi bu əcaibliyin bariz nümunələridir. İnsanlıq əleyhinə yönləndirilən belə yazıların mediada ideya və istiqamətverici generatoru rolunu məharətlə oynayan bu şəxsin bu hakimiyyətə, bu dövlətə, onun aydınlarına və şərəfli ömür sahibi olan tanınmışlarına bu boyda pislik etməsi, etdikləri müqabilində layiqli payını almaması başa düşülən də deyil.

Elə, Eynulla Fətullayevin haqqın.az saytında xaricdə nüfuz sahibi, ictimai xadim, siyasətçi, xeyriyyəçi kimi tanıdığımız soydaşımız --Dünya Azərbaycanlıları İttifaqının, Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti, eləcə də bu yaxınlarda Federasiyanın 56 regionunu təmsil edən diaspor qurumları təmsilçilərinin Moskva şəhərində təsis etdikləri Rusiya Azərbaycanlıları İttifaqının rəhbəri seçilən Fizuli Məmmədov haqqında dərc etdiyi son yazısını götürək. Ənənəsinə uyğun olaraq, qonşu ölkədə məskunlaşan həmyerlilərimizi vahid bir mərkəzdə birləşdirməyə çalışan bir soydaşımız haqqında qələmə aldığı bu yazısını da, başdan-ayağa cinayət qoxulu qarayaxmalarla "bəzəyib". Görünür, həmin yazı, mənim kimi, bəzi qələm sahiblərinin də səbr və sükunət əsəblərini dözdürməyib. Onların qarşımdakı həmin yazılarını oxuyuram və bu qənaətə gəlirəm: Doğrudan, jurnalist Aydın Canıyevin Facebook səhifəsindəki "Yəhudilərdə Rabinoviç, bizdə Eminoviç – fərqə baxın da! Ey... nol... la!
və yaxud Eminoviçin şərəfsizlik portreti" sərlövhəli məqaləsinə Üzeyir Cəfərovun yazdığı rəydə deyildiyi kimi, gözümün qabağında çilik-çilik olmaqda davam edən Eynulla Fətullayevin daha bir həyat hekayəsi, mənim üçün də, çox təəssüfedici və üzücüdür. Həmin məqalədə deyildiyi kimi, ən azından buna görə: "Mənim əziz oxucum, gözəlim Azərbaycanımın sadə və müti vətəndaşı, Səni başa düşürəm – sən ailəni -- xanımını, qızını, gəlinini nəzərə alıb, susursan. Amma və lakin... ürəyinin ən dərin yerində və təkcə özünün eşidə biləcəyin tembrdə Eynulla Fətullayevin nəslində və ona aid olan tuman geyənlərin hamısını (arvadından başqa, çünki arvadı yad qızıdı) -- anasını, bacısını, xalasını, bibisini söyürsən. Baxmayaraq ki, sən onları ürəyində və səssizcə söyürsən, fəqət... Sənin bu səssizcə söyüşünü Eynullla Fətullayev çox gur eşidir: Hərçənd dağılmağa və dağıtmağa heç bir pərdəsi qalmasa da! Təəssüflər olsun ki, bu səs dalğasından onun dağılmağa heç bir pərdəsi yoxdur! Çoxdan dağılıb və dağıdılıb!..".
Bəli, bu "dağılıb, dağıdılıb!" məsələsinin mahiyyətində əslində təəssüf və üzücülük sindromlarının dayandığını mən də gözəl bilirəm. Ona görə ki, Azərbaycan ictimaiyyəti Eynulla Fətullayevin kimliyini yaxşı bilir -- onun erməni əsilli qadınla rəsmi nikahda yaşamasından tutmuş, azərbaycanlılara qarşı nifrət bəsləməyinə qədər. O, nəinki başqalarına, hətta zamanında ona həyan olan, çörək verən – maddi və mənəvi dəstək olan bir çox insanın ağ paltarına indi də utanıb-usanmadan palçıq atmaqda davam edir. Həmin adamların adlarını yazsaq, çox böyük bir siyahı ortaya çıxar. Yazmasaq yaxşıdır və heç buna ehtiyac da yoxdur – görünən bataqlığa bələdçi nə lazım?!.

mkaz01.jpg
Fizuli Məmmədovla bağlı yazısında da, Eynulla Fətullayevin özünün və onu himayə edən qüvvələrin istəklərini quduz bir manera ilə müdafiə etməsini təsadüf saymaq olmaz. Çünki qatı düşmənlərimizi -- erməniləri belə himayə edən və Azərbaycana qarşı daim düşmən mövqedə duran qüvvələrin əlində həmişə şantaj ruporuna çevrilən Eynulla Fətullayevdən əksini gözləmək sadəlövhlük olardı. Bu mənim üçün, ağlasığmaz da deyil, çünki, bir ara, o, haqqın.az-da mənə və 2010-cü ildə Rusiyada nəşr etdirdiyim "Erməni vandalizmi" kitabıma da bu tərzdə "ilişmışdi". Guya, bir müəllif kimi, mən, separatçılıq edib, beynəlxalq normaları, qayda-qanunları ciddi şəkildə tapdalayaraq, millətlər arasında ədavət və düşmənçilik toxumu səpirəm. Halbuki mən ermənilərin də, eyni ittihamı ilə, 8 il əvvəl üzləşmiş, Rusiyada təzyiq və təhdidlərə məruz qalmışdım. Federasiyanın hüquq-mühafizə orqanlarının apardığı araşdırmalardan sonra isə, məlum olmuşdu ki, adıçəkilən əsərimdə beynəlxalq hüquqa zidd heç bir məqam yoxdur. Onda, bir diaspor fəalı üçün, bu dəfə Eynulla Fətullayevin yazdıqları əsasında istintaqın getməsi, açıq-aşkar "düşmən dəyirmanına su tökmək" anlamını verirdi. Bu, həm də, məkrli düşmənin "sapı özümüzdən olan balta"ları işə saldığını göstərirdi. Axı, doğma Vətən ərazisinin 20 faizini zəbt edən, bir milyondan çox vətəndaşının qaçqın düşməsinə səbəb olan və 20-ci əsrdə insanlığa qarşı ən böyük vəhşilik aktı hesab olunan Xocalı söyqırımını törədən Ermənistanın işğalçı siyasətinin davam etdiyi bir halda, Eynulla Fətullayevin və sahiblərinin Azərbaycanda oturub, rahat bir şəkildə düşmənin maraqlarına xidmət etməsi, faciələrimizin məhz haradan qaynaqlandığını deməyə əsas vermirmi?! Rusiya kimi çətin bir ölkədə yaşayan soydaşlarımızı vahid bir təşkilatda birləşdirməyə çalışan tanınmış diaspor fəallarımızı məlum dairələrin hədəfinə gətirib, belə iyrənclik nümayiş etdirməyə başqa nə ad vermək olar?! Doğrudan da, bunlar bir düşmən hücumu və onları Bakıdan başlayan əsl xəyanətkarın iyrənc əməlləridir.
Fizuli Məmmədovla bağlı belə bir iyrəncliyə start verilməsi də, mənim üçün aglasığmaz deyil və yaxşı bilirəm ki, onun Eynulla Fətullayev tərəfindən düşməncəsinə hədəfə alınmasının çox ilginc səbəbləri var. Bu ilginc səbəblər arasında, özlərini Azərbaycan xalqından həmişə üstün sayan və ermənilərə xidmət edən dairələrin sifarişi açıq-aydın görünür. Görünür, icraçı onlara xoş gəlmək üçün, Azərbaycanın çətin vaxtlarında ona həyan olan daha bir tanınmış soydaşımızın ünvanına aşağılayıcı sözləri yazmağa şirniklənib.
Burada, lap, Vladimir Solouxinin “Qurdlar” şeirindəki kimi, “əldən alıb yal yeməkdən keşikçi köpəyə dönən” və mükafatı “xalta və zəncir” olan bir “keşikçi köpəyi”n sahiblərinin yanındakı “bioloji həyasızlığı” tam drammatik çaları ilə təsəvvürdə canlanır. Bir daha deyirəm, təpədən dırnağadək milli bir adama qəzəbi, kini və sifarişi küçə sözləri yazmaq qədər drammatikləşdirmək məhz Eynulla Fətullayevin xarakterinə uyğundur. Axı, ortada əcaib bir mənzərə yaranıb həmişə və o, belə xoşagəlməzliklərin fanatı olduğunu öz iyrənclikləri ilə, dəfələrlə təsdiqləyib...
...Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəllinin onun bu iyrənc əməlinə qarşı qələmə aldığı yazı da, onun iç üzünün daha bir göstəricisidir. Mərkəz rəhbəri həmin yazısında deyir: "Eynulla Fətullayevin Füzuli Məmmədov haqda yazdığı yazını oxudum. Füzuli Məmmədovu bəzən mən də tənqid etmişəm. Amma onun xeyriyyəçi fəaliyyətini daim təqdir etmək şərti ilə. Yazı tənqid yüklü olsaydı, heç reaksiya verməzdim. Amma Eynulla bu yazını da öz ənənəvi üslubuna uyğun şəkildə yazıb. Frenk adına ilişib, deyir ki, belə ad mafiozlarda olur. Sonra Füzuli Məmmədova narkotik satan deyir. Əlində heç bir sübut, dəlil olmadan, tanınmış bir iş adamına böhtan atır. Hətta Füzulinin doğulduğu Ordubad rayonunun adına da ironik yanaşmağı unutmayıb. Adamın əlində qələm olanda, başqasını təhqir etməz.
Eynullanın yaradıcılığında ənənəvi hal alan şər, böhtan ritorikası təsadüfi sayıla bilməz. Amma, görünür, sifariş elə yerdən gəlib ki, Eynulla başını pambığa soxan, lakin... durumda qalıb. Mafiozu bəyənməyən adam, görəsən, kriminal avtoritetlərlə poz verib, çəkdirdiyi şəkilləri nə tez unudub?! Narkotik satmağını, Füzuli Məmmədovun bir neçə il əvvəl Moskvada həbs edildiyi maddəyə görə deyirsə, iş adamı həmin maddələrlə çoxdan bəraət alıb. Yaxşı olar ki, Eynulla qələm qanqsterliyini kənara qoyub, öz jurnalist peşəsi ilə məşğul olsun. Ona birbaşa deyirəm: "Böhtan atdığın Füzuli Məmmədov "qanqsterdisə", onda, sənin özün də, qələminlə sifariş icra edən killersən!"...
...Azərbaycan mətbautının ən istedadlı fırıldaqçısı hesab olunan Eynulla Fətullayevin bu yazısını da oxuyanda, yenə, bir anlıq onun 2005-ci ildə qələmə aldığı “Qarabağ gündəliyi” məqaləsini xatırlayıram. Bu fırıldaqçı sözügedən məqaləsində Xocalı soyqırımını azərbaycanlıların özlərinin törətdiyini sübut etməyə cəhd edirdisə, bu yazısında öz həmyerlisinin mafiya adamı olduğunu israrla isbatlamağa çalışır. Görünən odur ki, Azərbaycan oxucusunda paralel iyrənclik yaradan hər iki yazısını Eynulla Fətullayev, özündən daha çox sifariş aldığı düşmənimizlə bir yerdə hazırlayıb və diasporçuluq sahəsində Fizuli Məmmədovun "kitabını bağlamaq" üçün, ilhamverənindən "dəlillər” alıb. Diasporçuluq sahəsində son vaxtlar Azərbaycanın əldə etdiyi uğurlar düşməni daha çox əndişələndirdiyindən, onun belə iyrənc üsullara əl atması inkaredilməzdir. Onu da deyim ki, Eynulla Fətullayevin hər iki saytının əməkdaşlarının da, özü kimi, hansı oyunlardan çıxmalarıyla, onların Rusiyanın nəinki mərkəz regionlarına, lap ucqarlarına belə sifarişli səfərlərə getmələriylə, bu çağırışlar zamanı əldə etdikləri külli miqdarda haram qazanclarıyla, sifarişçilərlə oturduqları içki süfrələrində bağıra-çığıra verdikləri ağlasığmaz vədləriylə, hətta bu redaksiyalarda işləyən erməni əsilli müxbirlərin əməlləriylə, jurnalistlərə, bir media rəhbərinə əsla yaraşmayan digər qanunsuzluqlarla... bağlı əlimdə nələr olmayıb?! Lakin insanlıq və vicdan kriteriyaları baxımından içimdə toplanan hisslər məni məcbur edib ki, bu barədə əlaqədar dövlət qurumlarına, hüquq-mühafizə orqanlarına Eynulla Fətullayev kimi, "danoslar" ötürməyim. Görünür, onun "aşının duzunu verməyin" vaxtı artıq çatıb. Bu səbəbdən, vaxtilə, onun haqqında yazdığım bir neçə məqaləmin linkini, Eynullanın düşmən övladları ilə birgə çəkdirdiyi və erməni sevgisinin təsdiqi olan bir foto-şəkli də, bu yazıma əlavə edirəm. Qoy, ictimaiyyət də, kimin kim olduğunu özü müəyyən etsin. Özüm Dövlətinə, Millətinə və Prezidentinə hər zaman sadiq, bunu sübut edəcək möhtəşəm İşləri, yaratdığı layihələri ortada olan bir diaspor fəalı barədə bundan artıq nəsə demək istəmirəm.
Amma sonda, mənim kimi, Fizuli Məmmədovu da Eynulla Fətullayevə şərlətmək istəyənlərə deyəcəklərim var: Heç olmasa, bizi ləkələyə biləcək eləsini seçin ki, bütün insanlıq kriteriyaları, tutduğu yolu, siyasi əxlaqı özümüzə tən olsun.
Xaricdə Azərbaycanın imicini qoruyan, təəssübünü çəkən, beynəlxalq əlaqələrinin yaxşılaşdırılmasına xidmət edən, buradakı azərbaycanlıların taleyi ilə aktiv şəkildə məşğul olan, məhz xalqımızın mənafeyindən çıxış etməyi qarşılarına yeganə məqsəd qoyan yaxşı insanlar əleyhinə belə bir şəxsin başlatdığı qara piar dövlətə xəyanətdən, qatı cinayətdən başqa bir şey deyil. Onun bu biabırçı hərəkətlər birbaşa milli maraqlara qarşı getmək və düşmənə xidmət deməkdir. Və əminəm ki, Azərbaycana Vətən yox, yem yeri kimi baxan, "düşmən dəyirmanına su tökən"
belə bir insan, törətdiyi bu qatı cinayətlərinə görə, tezliklə layiqli cəzasını alacaq. Ümid edirik ki, Eynulla Fətullayev və onun sahibləri ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanları da, gərəkən addımlarını atacaq və düşmən maraqlarına xidmət edən daha bir şəbəkə tezliklə tamamilə ifşa olunacaq. Bu, doğma Vətənini qəlbən sevən hər kəsin istəyi deyilmi?!.

Mirkazım SEYİDOV,
Rusiya Azərbaycanlıları İttifaqı Təşkilat Komitəsinin üzvü, Rusiyadakı Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə "Yedinstvo" ("Birlik") Regionlararası Konqreslər Assosiasiyasının prezidenti, Azərbaycan və Rusiya Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, yazıçı-publisist.

(Yazının davamı olacaq. araz.az saytını izləyin!).

 

http://arazpress.com/index.php/zhuend-m/5390-eynulla-f-tullayevin-erm-ni-vandalizmini-muedafi-etm-si-yolverilm-z-v-g-buledilm-zdir-etiraz

 

http://arazpress.com/index.php/zhuend-m/5368-rusiyadaki-diaspor-f-ali-eynulla-f-tullayevd-n-az-rbaydzan-prezidentin-sikay-t-edib

Əlaqəli xəbərlər