BDM sədri Vana səfər edib

D897E509 74D5 4259 ACFB B137F619357B

Türkiyənin Van şəhərində Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev və ASİMDER sədri Göksel Gülbəy bir sıra görüşlər keçirib. Boyukmillet.com xəbər verir ki, hər iki təşkilat sədri, Van şəhər Valisi, Polis rəisi, AKP Van millət vəkili, AKP və MHP Van təşkilat sədrləri ilə görüşlər keçirib. BDM sədri İsmayıl Ağayev saytımıza bildirdi ki, görüşlərdə son zamanlar ermənilərin turizm adı altında Vana daha sıx-sıx gəlişlərinə Azərbaycan ictimaiyyəti adından narahatçılıq bildirilib. Van şəhərinin bəzi qurumları tərəfindən işğalçı Ermənistanla eyni zamanda qondarma respublika Dağlıq Qarabağ ərazisi ilə müəyyən yaxınlaşmalar, birgə işlərin həyata keçirilməsinə də etiraz edilib.

BDM sədri İsmayıl Ağayevin Vana səfəri 29 iyun tarixində də davam edəcək və bir sıra ictimai təşkilatlarla da görüşlər keçirməsi nəzərdə tutulub. 

Əlaqəli xəbərlər