Beynəlxalq Diaspor Mərkəzi Vana səfəri zamanı Zivə Şəhidliyinin ziyarətçisi olub

WhatsApp Image 2019-08-27 at 21.12.14.jpegSəfər çərçivəsində bu bölgədə mövcud olan kilsələri ermənilərin özününküləşdirmə siyasəti qəti şəkildə pislənilib

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) mətbuata açıqlamasında bildirilir ki, BDM-in və Türk Kalkınma İşadamları Dərnəyinin (TÜMKİAD) Van il şöbəsi və Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) birgə təşkilatçılığıyla, Türkiyədə silsilə tədbirlər keçirilib. Van şəhərində baş tutan bu tədbirlər “Olimpus” Şirkətlər Qrupunun dəstəyi ilə həyata keçirilib. Azərbaycandan olan diaspor fəalları səfər çərçivəsində bu bölgədə yerləşən Akdamar adasındakı tarixi Akdamar kilsəsini ziyarət ediblər. Azərbaycanda fəaliyyət göstərən Alban-Udin Xristian Dini İcmasının sədr müavini Rafik Danakarinin və icmanın üzvü Sevan Maqarinin də iştirakçısı olduğu ziyarət zamanı, dini icma rəsmiləri tərəfindən kilsədə ayin keçirilib və dualar edilib. İcma rəsmisi ayindən sonra Türkiyə mətbuatına açıqlama verərək, bu bölgədə mövcud olan kilsələri ermənilərin özününküləşdirmə siyasətini pisləyib. O, açıqlamasında Azərbaycanda olduğu kimi, Türkiyənin Van bölgəsində də, kilsələrin Alban kilsəsi olduğunu və ermənilərlə yaxın-uzaq heç bir əlaqələrinin olmadığını bildirib. Rafik Danakari, həmçinin Türkiyə hökumətinə Akdamar kilsəsini ziyarət üçün yaradılmış normal şəraitə görə dərin təşəkkürünü çatdıraraq, bölgə insanlarını sülhə çağırıb.

Qeyd edək ki, Rafik Danakari Azərbaycanda dinlərarası yaradılmış xoş münasibət və tolerantlıq haqda da media və ziyarət iştirakçılarını məlumatlandırıb. Daha sonra, Azərbaycan nümayəndə heyəti 1915-ci ildə Van bölgəsində şəhid olan 2500 silahsız insanın xatirə yerinin -- Zivə Şəhidliyinin də ziyarətçisi olub. Ziyarət zamanı Şəhidlik abidəsinə gül dəstələri qoyulub, dualar edilib. Bundan sonra, elə buradaca mətbuata açıqlama verən BDM sədri İsmayıl Ağayev Zivə şəhidlərinin bu gün Qarabağda, Xocalıda şəhid edilən insanlarımızla bir tutduğunu bildirib. Xüsusi olaraq tədbir iştirakçılarına onu da çatdırıb ki, vaxtilə Andranikin terror dəstəsinin bu bölgələrdə törətdiyi qanlı cinayətləri, bu gün, Qarabağda onların nəvələri həyata keçirir.
Ziyarətdə iştirak edən Alban-Udin Xristian Dini İcmasının sədr müavini Rafik Danakari, ASİM-DER-in sədri Göksəl Gülbəy, BDM-in sədr müavini Samir Adıgözəlli, Türk Kalkınma İşadamları Dərnəyinin (TÜMKİAD) Van il başqanı Müslim Birdal çıxış edərək, ermənilərin yüz ildən çoxdur Azərbaycan və Türkiyədə həyata keçirdikləri terror və soyqırımlar haqqında fikirlərini də iştirakçıların diqqətinə çatdırıblar.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Van müftülüyünü də ziyarət edib.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər