Əcnəbi tələbələr Azərbaycanın cəbhəboyu bölgələrinə yollandı - FOTOLAR

photo_384134.jpgBeynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 9 ölkədən olan 16 əcnəbi tələbənin müharibədən zərər çəkmiş Tərtər bölgəsinə səfərini təşkil edib. Səfər çərçivəsində tələbələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətləri və cəbhə bölgələrindəki qaçqın və məcburi köçkünlərin həyatı ilə tanış olmaları nəzərdə tutulub.

araz.az xəbər verir ki, tələbələr AIESEC beynəlxalq təşkilatının dəstəklədiyi könüllü proqramı çərçivəsində Azərbaycana gəliblər. 6 həftə ərzində onlar gender bərabərliyi və ekosistemin qorunması problemlərini əhatə edən 2 sosial layihədə iştirak ediblər. Bəzi ictimai iclaslar BAMF və AIESEC tərəfindən birlikdə fondun ofisində keçirilib.

Fondun əsas iş fəaliyyəti ilə daha yaxından tanış olmaq və cəbhə bölgələrində məcburi köçkünlərin həyatını görməklə maraqlanmaq üçün İtaliya, Portuqaliya, Serbiya, Ukrayna, Türkiyə, Rusiya, Avstriya, Litva və Almaniyadan olan tələbələr Fondun prezidenti Umud Mirzəyevin təşəbbüsü və dəstəyi ilə Tərtər səfərinə qoşulmaq istəklərini bildiriblər.

Qonaqları salamlayan Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov onlara bölgədə həyata keçirilən sosial-iqtisadi proqramlar və infrastrukturun inkişafı barədə məlumat verib. O, Azərbaycanın Tərtər bölgəsində qaçqın və məcburi köçkünlərə yardım məqsədi ilə hökumət tərəfindən dəstəklənən hazırkı layihələrdən danışıb. İcra Hakimiyyətinin nümayəndəsi Sərsəng su anbarının Ermənistan silahlı qüvvələri tərəfindən nəzarətə götürülməsi və Tərtər çayının bağlanması, çayın partlayıcı maddələrin tullantıları ilə çirkləndirilməsi nəticəsində su götürmə ehtimalı ilə əkin sahələrinin suvarılmasında yaranan problemlər barədə məlumat verib və sadalanan hadisələr nəticəsində çaydan istifadə imkanlarının 30%-ə endiyini bildirib.

Səfər zamanı, tələbələr məcburi köçkünlər üçün nəzərdə tutulan proqramlar ilə bağlı suallar vermək imkanı əldə ediblər. Azərbaycan hökumətinin məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işləri alqışlayıblar.

Bu görüşdən sonra tələbələr 1978-ci ildə ermənilər tərəfindən İrandan Qarabağa köçmələrinin 150 illiyini qeyd etmək üçün Şıxarx kəndində ucaltdıqları “Marağa 150” abidəsini ziyarət etməyə yollanıblar. BAMF prezidenti Umud Mirzəyev bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanğıcında ermənilər onların Azərbaycanın qədim Qarabağ torpağına köçürülməsinə dəlil olduğu üçün bu abidəni dağıdıblar. O, eyni zamanda Qarabağda inşa edilən bir çox oxşar abidələrin olduğunu və ermənilərin mənşəyi ilə bağlı həqiqətləri gizlətmək üçün onlar tərəfindən dağıdıldığını bildirib.

Abidəni ziyarət etdikdən sonra tələbələr cəbhəboyu kəndlərin sakinləri ilə görüşmək üçün Azərbaycanın Həsənqaya kəndinə gəldilər. Onların hamısı orada gördüklərindən böyük təsir altına düşdülər, çünki bu kənddə insanlar su qıtlığından, ekoloji fəlakətdən əziyyət çəkirlər və Ermənistan tərəfindən daim atəşə altında yaşayırlar.

Tələbələrə 2016-cı ildə, münaqişənin alovlanması zamanı mərmi düşmüş bir ev göstərildi. Eyni zamanda qızını itirən bir ana ilə də görüşdülər.

“Bu səfər mənim Azərbaycana etdiyim ən yaxşı səyahət idi və mənə Azərbaycanın digər tərəfini göstərdi. Əvvəllər bu problemlə bağlı yalnız siyasi və tarixi faktları bilirdim, ancaq siyasi faktlardan kənara çıxmaq və insanların orada necə əziyyət çəkdiyini görmək üçün gedib müharibənin əsl şahidləri ilə danışmalı idim. Müharibədə 16 yaşlı qızını itirən qadını görmək məni çox üzdü. Ümumiyyətlə, Dağlıq Qarabağ hər kəsin diqqətini və köməyini almaq üçün bütün dünyaya deyilməli və bölüşdürülməli olan çox ciddi bir problemdir "- deyə Türkiyəli tələbə Selin Qyokova bildirib.

"Bir neçə ay əvvəl "Bakıda taksi sürücüsü" kitabını oxumuşam. Kitabın ikinci hissəsi "Kəmalə tarixləri" adlanır. Bu hissədə Qarabağ müharibəsi nəticəsində əziyyət çəkən, torpaqlarından qaçmaq məcburiyyətində qalan və övladlarını tək böyütmək məcburiyyətində qalan qadınlar haqqında oxudum. Mən başa düşdüm ki, Dağlıq Qarabağ ətrafındakı bir çox bölgələr hələ də işğal altındadır, insanların çoxu öz ölkələrində qaçqın kimi yaşayır, bir çoxları hər şeyini itirir, bəziləri keçmişi, kökləri haqqında danışmamağa çalışır, bəziləri isə döyüşmək və torpaqlarını geri qaytarmaq istəyir. Bu çox çətindir ki, 20 il keçdikdən sonra hələ heç kim həqiqəti düzgün söyləmir və beynəlxalq ictimaiyyət isə oradakı vəziyyətin necə olduğunu bilmir "- İtalyan tələbə Veronika Forte bildirib.

"Cəbhə bölgəsinə səfərimiz zamanı müharibənin nəticələrini ilə bağlı ilk təcrübəmi yaşadım. Mən İtaliyada anadan olmuşam və böyümüşəm və müharibə haqqında danışmaq belə bir mücərrəd mövzudur. Davam edən münaqişələr haqqında xəbərləri eşitməyə öyrəşmişik, qaçqınlar haqqında məqalələr oxuyuruq, hətta müharibə zonalarının vəziyyətini göstərən reportajları görürük, amma həqiqət budur ki, siz orada olmayanadək, hər şeyi öz gözlərinizlə görməyənədək başa düşə bilmirsiniz və orda olduqdan, anladıqdan sonra artıq etinasız qala billmirsiniz. Həsənqayada olduğum müddətdə, dağıntıları, insan haqlarının pozulmasını, cəzasız ədalətsizliyin olduğunu gördüm. Hekayələrini bizimlə bölüşən bütün insanlara dərin minnətdarlığımı bildirirəm, çünki müharibənin əsl siması və Azərbaycan xalqının çoxdan bəri üzləşdikləri şiddət barədə məlumatlılığımızı artırdılar" - İtalyan gənc Simona Skotti söyləyib.

Türkiyəli tələbə Ozan isə hər zaman münaqişə ilə bağlı həqiqətləri öyrənmək istədiyini bildirib:

"Mən nə baş verdiyini və iki millət arasında münaqişənin necə başladığını bilmək istəyirdim. Biz yerli camaat ilə danışdıq və buraları birbaşa özümüz müşahidə etdik.Bu, spekulyasiyalardan uzaq durmağım üçün mənə imkan verdi".

Qeyd edək ki, tələbələrin gətirdiyi kiçik hədiyyələr və şirniyyatlar həmin kənddəki uşaqlar arasında paylanılıb.

Bu səfərdən sonra bütün tələbələr BAMF-ın Tərtərdəki regional nümayəndəliyinə baş çəkiblər və burada BAMF və UNİCEF-in həyata keçirdiyi AYAP proqramının azyaşlı üzvləri ilə görüşüblər.

Bir çox tələbə tərəfindən qeyd olunduğu kimi, bu Azərbaycan səfərinin ən maraqlı hissəsi idi və qaçqın və məcburi köçkünlərlə işləmək üçün BAMF-ın Tərtər ofisində təcrübə keçmək üçün geri qayıtmaq niyyətindədirlər.

 

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

Əlaqəli xəbərlər