Könüllü müəllimlərdən uşaq evində yaşayanlara təmənnasız dəstək -- FOTO-XƏBƏR

WhatsApp Image 2019-09-30 at 14.38.02.jpegÖtən şənbə "Könüllü müəllim" Gəncə şəhər Maarif Evində “Uşaq evi sakinlərinin təhsilinə dəstək olaq” layihəsi çərçivəsində "Gələcəyin parlaq işıqları" kampaniyasının təqdimatını keçirib. Müzakirəsinə start verilən bu yeni layihə barədə, araz.az saytına daxil olan məlumatda bildirilir ki, bir qrup ziyalı, müəllim, tələbə və fəal gəncin iştirakı ilə başlayan bu tədbirin həyata keçirilməsində əsas məqsəd uşaq evində yaşayan uşaqların layiqli vətəndaş kimi böyüməsi, o cümlədən onların ali və orta ixtisas məktəblərinə qəbulu işlərinə dəstək verməkdir. İştirakçılar müzakirələr zamanı bu layihənin gələcək perspektivləri barədə bir sıra təkliflər irəli sürüblər.


Müzakirələrin yekununda gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib və fəaliyyət planı hazırlanıb. İşin təşkili üçün yaradılan struktur bölmələri arasında iş bölgüsü aparılıb.
Xatırladaq ki, xeyirxah yönümlü
“Uşaq evinin sakinlərinin təhsilinə dəstək” layihəsinə qoşulan müəllim və tələbələr də, təmənnasız və könüllü olaraq, uşaqlara müxtəlif təhsil xidmətləri göstərəcəklər. Xatirə şəklinin çəkilməsi ilə yekunlaşan bu tədbirin əhəmiyyəti xüsusi qeyd olunub.

WhatsApp Image 2019-09-30 at 14.38.33.jpeg

WhatsApp Image 2019-09-30 at 14.38.32.jpeg

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər