“AZƏRİSTİLİKTƏCHİZAT” ASC-NİN SƏDRİ YAŞAR HƏSƏNOVUN BUZ KİMİ YALAN VƏDLƏRİ

ilham rehımovNoyabrın 14-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Azəristiliktəchizat” ASC-nin sədrinin müavini İlham Mirzəliyevin keçirdiyi mətbuat konfransında sədrin adından söylədikləri yalan oldu... 

...Təqvim üzrə Azərbaycana payız sentyabrın 22-dən gəlir, qış isə dekabrın 22-dən. “Azəristiliktəchizat” isə Bakını, həım də Azərbaycanı istiliklə təmin etməyin qrafikini noyabrın 15-dən müəyyənləşdirib. Halbuki bəzən ölkə ərazisində soyuqlar tez düşür... Bəxtimiz gətirdi ki, bu il soyuqlar gec düşdü, amma bu həftənin əvvəlindən Bakı üşüməyə başladı...

“Azəristiliktəchizat” rəhbərliyinin özünü doğrultmayan vədi...

Bilmirik hazırda Bakının hansı ərazisində mərkəzləşdirilmiş qaydada istilik var, amma “Təzadlar”ın elektron poştuna Xətai rayonunun Afiyəddin Cəlilov, Sabit Orucov, Fəzail Bayramov, M.Mehdizadə vSüleyman Vəzirov və s. küçələrin sakinləri adından daxil olmuş soyuq şikayət məktublarından belə anlamaq olur ki, indi həmin küçələrdə yaşayanlarla “Azəristiliktəchizat” rəhbərliyinin arasında “soyuq müharibə” mövcuddur. Belə ki, dünəndən verilməli olan istilikdən əsər-əlamət yoxdur...
Niyə? Axı “Azəristiliktəchizat” ASC-nin sədr müavini iki gün əvvəl YAP qərərgahında keçirdiyi Mətbuat konfransında İlham Mirzəliyev qış mövsümünə hazırlıq işləri ilə bağlı ətraflı məlumat verib. O bildirib ki, “...Ölkəmizdə qazanılan nailiyyətlərin əsasını Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası təşkil edir”.
İ.Mirzəliyev deyib ki, “...bu baxımdan, aktual əhəmiyyət kəsb edən məsələlərdən biri də ölkədə dayanıqlı istilik təhcizat sisteminin yaradılması, əhalinin etibarlı və keyfiyətli istiliklə təmin edilməsidir. O qeyd edib ki, ölkəmizdə istilik təhcizatı sisteminin bərpası və yaxşılaşdırılmasında dönüş nöqtəsi 2005-ci ilə ölkə Prezidenti tərəfindən indiki “Azəristiliktəhcizat” ASC-nin yaradılması oldu. Ötən illər ərzində Prezident İlham Əliyevin tapşırığı ilə ciddi işlər görülüb”.
“AZƏRİSTİLİKTƏCHİZAT” ASC-NİN SƏDRİ YAŞAR HƏSƏNOVUN BUZ KİMİ YALAN VƏDLƏRİ
Sədr müavininin bumbuz yalanı...

İlham müəllimlə əlaqə saxlayıb onun onun həmin mətbuat konfransında söylədiyi bu ifadənin tətbiq dairəsini soruşmaq istədik: “...Ümumilikdə, bu illər ərzində 2700-dən artıq istilik təhcizatı sistemi ilə bağlı layihələr icra olunub. Bunun nəticəsidir ki, bu gün Bakı şəhəri və respublikanın regionlarında 600-ə yaxın qazanxana istismar edilməklə 3800 yaşayış binası, 291 məktəb, 150 uşaq baxçası, 159 səhiyyə müəssisəsi və 1300-dən artıq digər sosial obyektlər “Azəristiliktəhcizat” ASC-nin xidmət sahəsinə daxil olmaqla istiliklə təmin edilir”.
Maraqlıdır ki, qurumun rəsmi saytında rəsmi şəxslərdən heç birinin iş və ya mobil telefonu yoxdur. Qəbul qrafikləri yazılıb. Amma 956 çağrı mərkəzi var. Ora isə düşmək Afrikanın ən dərin arxipelaqlarından birinə düşmək kimi bir şeydir. Biz də zəng etdik ki, “Azəristiliktəchizat”ın 2005-ci ildən, yəni 14 ildir sədri olan (bütün rəsmi və qeyri-rəsmi mənbələrdə belə məlumata rast gəldik, qurumun rəsmi saytında da belə yazılmışdı) Yaşar Həsənovun iş telefonunu soruşaq, amma 956-ya belə düşə bilmədik. 
Nə isə, yalan ayaq tutar, amma yeriməz deyiblər. Amma İlham Mirzəliyevin YAP Qərargahı kimi məmurların müqəddəs məkanı olan bir qərargahda belə yalan söyləməsi hələki iki gündür Bakının küçələrində iti addımlarla yeriyir... Bu yeriş isə Prezident İlham Əliyevin ötən günlərdə bəzi bivec məmurlar barədə söylədiklərini hələki təsdiqləyir...
Səbuhi
P.S.Yazı çapa gedərkən şikayət məktubları daxil olmuş küçələrdən birində olduq... Gözlərimizə inanmadıq. YAP Xətai rayon şöbəsinin (Xocalı prospektinin axırı) iri xəndəklər qazılmışdı... Ətrafdakılardan soruşduq, dedilər ki, “Azəristiliktəchizat”ın işçiləri boruları təmir edir... Deməli, qurumun rəhbərliyi yayı bada verib qışda təmirə başlayıb... Sonra da deyirlər ki, Prezident filankəsi sərt tənqid etdi, vəzifədən qovdu...

Əlaqəli xəbərlər