Həbs edilən icra başçısının oğlu: "Heç vaxt “Ferrari” markalı minik avtomobilim olmayıb"

0D97C6D1 1DD6 471D 99C3 A4F06D30AA92

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin kiçik oğlu Ramal Quliyev adı vaxtilə "Kapital Bank"ın Mingəçevir filialında baş vermiş yarım milyonluq yeyintidə hallanması, şəhərdə nömrəsiz "Ferrari" markalı avtomobillə gəzməsi ilə bağlı mətbuatda yayılmış məlumatı təkzib edib. R.Quliyev özü Criminal.az saytına bildirib ki, heç vaxt "Ferrari” markalı minik avtomobili olmayıb və daşıdığı vəzifələrdə nöqsana yol verməyib, hazırda isə hüquq-mühavizə orqanında vəzifə daşımaqda işini davam edir.

"Mənim jurnalist həmkarlarınıza böyük hörmətim var və eyni zamanda xahiş edirəm ki, haqqımda doğru olmayan məlumatları yaymasınlar. Səhv məlumat ictimaiyyəti çaşdıra bilər. Ona görə də köhnə təkzib olunmuş məlumatları yaymaqla öz iş fəaliyyətlərinə kölgə salmış olarlar. Axı mətbuat cəmiyyətin güzgüsü sayılır. Biz də düzgün məlumatları yayan media qurumlarına inanıb onu izləyirik. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, səhv və əsassız məlumatları yayan media qurumları da var”.

Əlaqəli xəbərlər