ŞAİR GÜLAĞA TƏNHA PREZİDENTƏ HƏSR ETDİYİ ŞEİRİNƏ BƏSTƏLƏNƏN MAHNINI, AD GÜNÜ MÜNASİBƏTİ İLƏ, ONA ƏRMAĞAN ETDİYİNİ BİLDİRİB

Ilham Aliyev2412201801

GÜLAĞA QƏNBƏROV: "PREZİDENTİN ÖLKƏDƏ HƏYATA KEÇİRDİYİ İSLAHATLARI XARİCDƏKİ SOYDAŞLARIMIZ DA ÜRƏKDƏN DƏSTƏKLƏYİRLƏR. BU İSLAHATLARIN UĞURLU DAVAMINA MANE OLANLARA YERLƏRİNİ GÖSTƏRƏCƏYİK!"

"Prezident İlham Əliyev cənablarının bəyan edib, həyata keçirdiyi möhtəşəm kurs çərçivəsində start götürən yeni islahatlar dalğasının xoş təsirli ab-havasında yaşayan Azərbaycan, yenə, beynəlxalq aləmin diqqətini özünə cəlb edib. Müstəqil Azərbaycan dövlətinin müasirləşdirilməsi üçün, onun bütün sahələrdəki inkişafının davamını qlobal dünyanın çağırışlarına uyğunlaşdırıb, yeni trendlər əsasında daha zəngin etməyə hesablanan ölkə rəhbərinin yeni islahatları xarici ölkələrin mütəxəssisləri və ekspertləri tərəfindən yüksək dəyərləndirilib. Dünya dövlətlərinin ictimai-siyasi həyatlarında fəallıqları ilə seçilən, bu dövlətlərin elmi-mədəni elitalarına daxil olmağı bacaran, müxtəlif subyektlərdə ziyalı, iş adamı, aydın fikir, sənət və peşə sahibi, ictimai-siyasi xadim kimi yaxşı tanınan və nüfuz sahibi olan soydaşlarımızın da ürəyincədir", -- bu dediklərini, bir sıra xarici ölkələrdə iş adamı kimi məşhurluq qazanan, adı dünyanın zənginləri sırasında yer alan milyonçu həmyerlimiz Gülağa Tənha (Qənbərov) araz.az-ın əməkdaşı ilə söhbətində xüsusi vurğulayıb. Xeyriyyəçi və şair kimi də yaxşı tanıdığımız soydaşımız bildirib ki, prezident İlham Əliyevin son zamanlar keçirdiyi iqtisadi müşavirələrdə bir sıra mühüm məqamlara toxunması, faktiki olaraq, yeni islahatlar dalğasının anonsu idi: "İslahatların davam etdirilməsi yolunda çox güclü siyasi iradə ortaya qoyan möhtərəm Prezident həmin müşavirələrdə qətiyyətlə bildirdi ki, o, Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayrağa çevirən ölkə kimi görmək istəyir. Heç kim görülən işlərdə onlara mane ola bilməz.

Yerli və xarici rəy sorğuları göstərir ki, seçicilərin yerli məmurlardan müəyyən narazılığı olsa da, ölkə rəhbərinin reytinqi və ictimai rəydə nüfuzu çox yüksəkdir. Onun çıxışlarında deyilməyən, lakin konkret hədəfləri olan nüansların mövcudluğu da, adını çəkdiyim həmin islahatlar çərçivəsində bu vacib problemlərin təcili həlli tələb edilir. Bürokratik aparatdakı müəyyən çatışmazlıqların aradan qaldırılması, kadr islahatlarının səmərəli aparılması, idarəetmənin daha da çevikləşdirilməsi, Dağlıq Qarabağ probleminin həlli yolunda müsbət irəliləyişə nail olunması deməkdir. Məhz bu problemlərin həllini ictimaiyyət səbirsizliklə ölkə başçısından gözləyir. Rəy sorğuları göstərir ki, möhtərəm Prezident bütün seçkilərdə qalib gəlmək iqtidarındadır, həmçinin, bu islahatları keçirmək üçün güclü xalq dəstəyinə malikdir. Bölgədə cərəyan edən siyasi proseslər fonunda onun rəhbər fəaliyyətindəki uğurlar, həm də dövlətçiliyin qorunmasının başlıca qarantı kimi yüksək qiymətini alıb. Bunu hər bir seçici belə dərk edir və islahatlara dəstək verən ictimai rəylərdə də, deyilənlər xüsusi vurğulanır. Bunlar, möhtərəm Prezidentin mövqeyini xarici ölkələrdəki soydaşlarımız arasında getdikcə daha da möhkəmləndirir. Məhz buna görə, bütün həmyerlilərimiz dövlətin, cəmiyyətin və hakimiyyətin qorunmasına dəstək verdiklərini açıq şəkildə bəyan edirlər".


Gülağa Tənhanın sözlərindən məlum olur ki, cəmiyyətdə qarşılıqlı anlaşmanı, islahatları daha da dərinləşdirmək üçün, ictimai rəydən alınan dəstəyi getdikcə artıran yeni kadr islahatları ölkəmizdən kənarda fəaliyyət göstərən və yüksək nüfuz sahibi olan həmyerlilərimizin, onların təmsil olunduqları diaspor qurumlarımızın da ürəyincədir. Ölkə başçısının apardığı islahatlara maneə yaratmaq üçün ortaya atılan xarici qüvvələrin destruktiv hərəkətləri, çox vaxt, uğursuz olur. Həmsöhbətimizin dediyinə görə, Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr ölkə başçısının islahatlar kursunu bu yolla sabotaj etmək, bu iyrənc üsulla ona mane olmaq istəyirlər: "Görünən odur ki, xaricdə fəaliyyət göstərən, doğma Vətəndəki dinamik inkişafı istəməyən anti-Azərbaycan mövqeli müəyyən dairələr hələ də mövcuddur. Onlar nəzarətlərindəki qara qüvvələrin vasitəsi ilə, aparılan islahatları əngəlləmək istəyirlər.
Ehtimal olunur ki, onlar hakimiyyət daxilindəki yüksək çinli nankor məmurlarla gizli işləməyə də dil tapa biliblər. Bəzi yüksək çinli məmurlar təkcə öz mənafeləri naminə islahatlara mane olmur, həm də xaricdəki dairələrin təxribatı ilə hərəkət etməyə üstünlük verirlər. Onlar özlərini sığortalamaq üçün, bu və ya digər şəkildə həm ölkədəki radikal qruplarla, həm də xaricdəki dairələrlə əlbir olaraq, bu prosesi ləngitmək istəyirlər.


Cənab Prezident son çıxışları zamanı islahatlara mane olan vəzifə sahiblərinin mövcud olduğunu qəti şəkildə bəyan edib, bildirib ki, bu gün iqtidarda olan bəziləri islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur və onlar, hər vəchlə hakimiyyətin işinə əngəl törətmək istəyirlər. İslahatlara meylli olan, yeni təfəkkürə malik kadrları qaralamaqdan belə çəkinmirlər. Ölkə rəhbəri bildirib ki, belə vəzifə sahiblərinə qarşı daim barışmaz mövqe nümayiş etdiriləcək, islahatlar davam edəcək və islahatlara mane olanlara yerləri göstəriləcək. Cənab İlham Əliyevin dediyi kimi, belə adamlarla bir yolun yolçusu olmaq mümkün deyil, demokratik islahatlar davam edəcək və bu kursa qarşı çıxanlar tezliklə öz postlarını itirməli olacaqlar. Son vaxtlar şahidi olduqlarımız da, bunun daha bir göstəricisidir.
Gulaga-tenha001210.jpgXaricdəki bəzi dairələr dolayı yollarla islahatlara mane olan şəxsləri maliyyələşdirirlər. Biz belə nadan fikirli qüvvələrə, yəni, Azərbaycanın inkişafını gözü götürməyən xaricdəki düşmənlərimizə qarşı daim barışmaz mövqedəyik. Harada yaşamasından asılı olmayaraq, doğma Vətənini sevən hər bir kəs belə etməlidir.
Yeni düşüncə, milli dəyərlərə sədaqət və müasir təfəkkür prinsiplərinə hesablanan islahatlarda əldə olunan uğurları, bu sahədəki reallıqları gözləri götürməyənlər mövcuddur. Onlar bu və ya digər şəkildə həm ölkədəki radikal qruplarla, həm də xaricdəki dairələrlə əlbir olaraq, bu vacib prosesi ləngitmək istəyirlər. Belələri isə, daim qarşılarında bizləri -- vətənsevər, millət və xalq sevgisi güclü olan azərbaycanlıları görürlər. Bu baxımdan hesab edirəm ki, islahatlara maneə yaratmaq istəyənlər öz niyyətlərinə çata bilməyəcək və prosesdən kənarda qalıb, sonda, biabırçı şəkildə ifşa olunacaqlar. Harada yaşamalarından asılı olmayaraq, vətənsevər bütün azərbaycanlılar daim bir yerdədirlər. Ümumilli liderimizin layiqli davamçısı İlham Əliyev cənabları ilə bərabər, xaricdəki həmvətənlilərimiz nəinki ölkə daxilində, ölkədən kənarda da Azərbaycanın milli maraqlarını yüksək səviyyədə qoruyurlar”.
Əməkdaşımız bu gün ictimaiyyəti daha çox maraqlandıran məsələlər ətrafında yaranan suallarını da Ğülağa Tənhaya ünvanlayıb. Həmsöhbətimiz: "Bu islahatların davamını necə görürsünüz və bu, ölkənin xoş gələcəyi naminə nələr vəd edir?" -- sualına cavabında bildirib ki, idarəçilikdə işgüzarlıq və bacarıq vacib şərtlərdən biridir: "Proseslərin arxasınca sürünməklə irəliyə doğru hər hansı addım atmaq mümkün deyil. Bundan sonra cavan, müasir təhsilli və geniş dünyagörüşlü, həmçinin, daha çevik kadrlarla işləməyə üstünlük veriləcək. Möhtərəm Prezident cəmiyyətə əvvəlcədən təqdim etdiyi islahatlarda bu prinsipləri əsas götürüb və hər zaman cəmiyyətdəki abı-havanın daha da pozitivləşməsi istiqamətində mühüm addımlar atıb. Nəticədə, Azərbaycan dünyanın inkişaf etməkdə olan ölkələri sırasında üçüncü yerə yüksəlib, bütün reytinq sorğularında isə, öncül mövqeləri tutub. Ölkə başçısı imzaladığı bütün sosial proqramlarda müasirləşdirməni əsas götürüb. Əhalinin bütün təbəqələrinin maddi rifahının yaxşılaşmasına xidmət edən sərəncamlar verib, məhkəmə-hüquq islahatlarının keçirilməsi ilə bağlı sənədlər təsdiqləyib, şəhid ailələri ilə ayrıca görüşlər keçirib, genişmiqyaslı əfv sərəncamları imzalayıb, yerli və mərkəzi icra strukturlarında önəmli kadr dəyişiklikləri aparıb. Cənab Prezident bundan sonra ölkədə keçiriləcək seçkilərin müasir səviyyədə olacağını da bildirib. Biz bunun dünən keçirilən bələdiyyə seçkilərində də şahidi olduq. Ölkə rəhbəri vergilərə diqqətin olacağını, özəl şirkətlərin vergi siyasəti və vergidən yayınanlara qarşı ciddi tədbirlərin görüləcəyini də xüsusi vurğulayıb. Dövlət büdcəsinə daha effektiv və peşəkar nəzarət formalaşdırılacaq və ən əsası, şişirdilmiş rəqəmlər təqdim edən dövlət qurumlarına qarşı mübarizə daha da sərtləşdiriləcək.
Son vaxtlar dövlət başçısının əhali ilə təmasları daha da sıxlaşıb, bir çox halda isə, problemi olan vətəndaşları özü və ya Birinci vitse-prezident Mehriban xanım Əliyeva dinləyib. Beləcə, vətəndaşların məmnunluğu təmin edilib, iqtisadi, siyasi, sosial həyatın bütün sahələri yenilənib. Bütün bunların təməlində isə, onun firavan həyatının, təhlükəsizliyinin təmin olunması, təşəbbüslərinin dəstəklənməsi şərtləri dayanıb. Ulu Öndərin layiqli davamçısının həyata keçirdiyi islahatlar cəmiyyətdə qarşılıqlı anlaşmanı, islahatları daha da dərinləşdirmək üçün, ictimai rəydən alınan dəstəyi həmişə artırıb. Bundan sonra açıq-aydın görünüb ki, ümumi inkişafa öz çirkin əməlləri ilə mane olan kreslo sahibləri proseslərdən kənarda qalaraq, ciddi şəkildə ifşa olunub, hətta qanuni cəzalarını da alıblar. Tam əmin olmaq lazımdır ki, elə, bundan sonra da belə olacaq.
Dövlət başçısı nəinki ölkə daxilində, ölkədən kənarda da Azərbaycanın milli maraqlarını yüksək səviyyədə qoruyur. Bu da onu sübut edir ki, islahatlara maneə yaratmaq istəyənlər öz niyyətlərinə çata bilməyəcəklər. Onlar prosesdən kənarda qalıb, ciddi şəkildə ifşa olunacaqlar. Cənab prezidentin başladığı yeni kursun müsbət nəticələrini artıq açıq-aydın görürük. Bu kurs ictimai, siyasi, sosial, iqtisadi həyatımızın şəffaflaşdırılmasına hesablanıb, dövlət idarəçilik sisteminin struktur islahatlarından, idarəçilik sisteminin təkmilləşdirilməsindən başlayıb, şübhə doğuran qurumların ləğv olunması, birləşdirilməsi, orada çalışan insanların digər lazım olan sahələrə yerləşdirilməsi həyata keçirilib. İqtisadi islahatların konturları elan olunub. Dövlət büdcəsindən tutmuş xidmət sahələrinə, vergi yığımından tutmuş sahibkarlıq sahəsinə qədər həm struktur, həm dövlət idarəçilik sisteminin, o cümlədən sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi həyata keçirilib.
Cənab Prezident müşavirələrdəki çıxışlarında açıq bəyan edib ki, islahatlar davam edəcək və islahatlara mane olanlara yerlərini göstərəcək. Bir sözlə, ölkə başçısının dediyi kimi: "...kim buna qarşı çıxsa və altdan-altdan bizim işimizə mane olmaq istəsə, əlbəttə ki, belə adamlarla biz bir yolun yolçusu ola bilmərik”. Mən, bir iqtisadçı kimi, tam əminəm ki, həyata keçirilən islahatlar bundan sonrakı dövrdə vətəndaş həyatını tamamilə problemlərdən qurtaracaq. Çünki Azərbaycanın sağlam qüvvələri ölkədə həyata keçirilən islahatları ürəkdən dəstəkləyir, bunun ardıcıl və davamlı olmasını vacib sayır".
Gülağa Tənha fürsətdən istifadə edib, cənab Prezidenti ad günü münasibəti ilə ürəkdən təbrik edib. Ölkə başçısı postunda Ulu Öndərin kursunu layiqincə davam etdirməkdə ona uğurlar diləyib. Şair, cənab Prezidentə həsr etdiyi şeirinə bəstələnmiş mahnını, ad günü münasibətilə ona ərmağan etdiyini bildirib.

Malik MİRZƏ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər