“Qaçqınkom”un sədri şəhidin qardaşını niyə qovub? - Iddia

 54156bdcd7316e7eeaa9c4bdf4e0b58e_XL.jpg

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının uğurlu icrasını hər bir vətəndaş öz həyatında hiss edir. Bu baxımdan qaçqın və məcburi köçkünlərə göstərilən xüsusi qayğı da böyük əhəmiyyət daşıyır. Ulu öndər Heydər Əliyev bu qəbildən olan insanlara daim diqqət və qayğı ilə yanaşıb, onların sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görüb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da fəaliyyətlərində qaçqın və məcburi köçkünlərə diqqət və qayğını davam etdirirlər. 2003-cü ildən bu günədək Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı 70-dən çox fərman və sərəncam imzalayıb, bir çox proqramlar qəbul edilib. Dövlət səviyyəsində bu istiqamətdə atılan addımlarla yanaşı, Heydər Əliyev Fondu da fəaliyyətində qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirir…

Amma bu məsələyə məsuliyyətli olan bəzi dövlət orqanları dövlətin həyata keçirdiyi proqramların icrası zamanı ayrı-seçkiliyə yol verməklə, qaçqın və məcburi köçkünlər, şəhid ailələrinin haqlı narazılıqlarına səbəb olurlar.

Doğma yurdundan didərgin düşən və ağlasığmaz əzablarla üzləşən, könüllü olaraq vətənin müdafiəsinə qalxan Məmmədov Mürvət Məmməd oğlu Avrasiya.net-ə müraciət edərək illərdi laqeydliklə üzləşdiyini, problemlər içində boğulduğunu, dövlət orqanlarının qapılarının onun üzünə bağladıqlarını deyib.

Məmmədov Mürvət Məmməd oğlu 1978-ci ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunda anadan olub. 1988-ci ildə yurd, yuvalarından köçkün düşəndə 1973-cü il təvəllüdlü böyük qardaşı şəhid olub.

8 ailə üzvü ilə Xocalıya pənah gətiriblər. Buna baxmayaraq hər bir vətənpərvər övlad kimi ailəliklə Xocalının medafiəsinə qalxıblar. 26 fevral Xocalı soyqırımı günü ailəsi ermənilər tərəfindən girov götürülüb. Bir həftə ermənilər tərəfindən işgəncə və zülmlərə məruz qalıblar.

Həmin gün qardaşı Əhmədin doğum gününü bilən ermənilər ona hədiyyə olaraq atasını və daha iki qardaşını əsirlərin gözləri qarşısında başlarını kəsiblər. Əhmədin isə əlinin içindən güllələyiblər.

Mürvət deyir ki, özü ayağından, anasını isə kürəyindən mərmi yaraları alıb: “Bir həftə sonra 80 azəraycanlı əsir ölümcül vəziyyətdə ermənilər tərəfindən döyüşən muzdlu bir zənciinin meyidi ilə dəyişdirildi. Həmin əsirlərin arasında mənim 5 ailə üzvüm də vardı. Amma atam və qardaşlarımın meyidini bu günə kimi vermədilər”.

Hazırda 1992-ci ildən Qobustan rayonunun Mərəzə qəsəbəsində məskunlaşan ailə acı taleyinin yaşamağına baxmayaraq Əhməd qardaşı ilə birlikdə evdən qaçaraq Agdərənin Marquşavan döyüşlərində könüllü iştirak edib. .Hazırda şəhid qardaşı və Qarabağ əlili kimin Qobustan rayonunda qeydiyatdadırlar.

 

"Qaçqınkom"un sədri şəhidin qardaşını niyə qovub? - Atası və iki qardaşının başı kəsilən qaçqın danışdı - VİDEO

 

27 ildir 24 sırada ev növbəsində dayandıqlarını deyən şəhid qardaşı Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsələr də heç bir nəticə olmadığından gileylənib: “Üç dəfə Rövşən Rzayevin qəbulunda olmuşm. Hər dəfə də söz verib ki, nümayəndə göndərəcəm, problem yerindəcə həll olunacaq. Amma nümayəndə hələ də yoldadır. Sonuncu dəfə 5 ay öncə onun qəbulunda oldum, məni qovdu, dedi ki, bir də bura gəlmə. Budurmu məmurun qaçqın ailəsinə qayğısı, diqqəti? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedirəm, nazirliyin aparat rəhbəri Vüqar müəllimdən başqa heç kiim bizi qəbul etmək istəmir. Hara gedirəmsə, qapıdan qovuluram, problemimi dinləmək belə istəmirlər. Üz tutduğum nazirliklərdən heç bir nümayəndə gəlib, yaşam tərzimlə maraqlanmayıb. Amma cənab prezidentimizin yanında keçirilən müşavirələrdə ağız dolusu danışırlar”.

M.Məmmədov onu da qeyd edib ki, Qobustan rayon icra başçısı Adil Məmmədov şəxsən evlərində olub, vəziyyətləri ilə maraqlanıb və köməklik göstərilməsi ilə bağlı Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə rəsmi məktubla müraciət edib.

Qobustanda məskunlaşdığı vaxtdan həm buradakı yerli əhali, həm də icra başçısı A.Məmmədovun daim diqqət və qayğısı ilə əhatələndiyini deyən şəhid qardaşı üzləşdiyi problemləri yalnız Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi səlahiyyətində həll edilə biləcəyini bildirib: “Mən bilmək istəyirəm ki, 4 şəhid verən, iki dəfə yurdundan didərgin düşən, sağlamlığını itirən, könüllü olaraq vətənin müdafiəsinə gedən bir Azərbaycan vətəndaşı niyə evsiz qalmalıdır. Anam, qardaşım ikinci qrup Qarabağ əlilidir, himayəmdə azyaşlı övladlarım da var. Qardaşımın biri hələ də imkansızlıqdan ailə qurmayıb. Darısqallıq üzündən küçələrdə gecələyir. Üzləşdiyimiz bu çətinliklərə baxmayaraq biz cənab prezidentimiz İlham Əliyevin siyasətini, işini, fəaliyyətini dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Amma yaxşı olardı ki, Rövşən Rzayev, Sahil Babayev kimi məmurlar bizim kimi əzab içində yaşayanlara da diqqət göstərsinlər. Onların belə laqeydliyi vətəndaşla hakimiyyət arasında inamsızlıq yaradır. Ölkəmiz inkişaf edir, əhalinin güzaranı ildən ilə yaxşılaşır, pensiyalar, maaşlar artır… bəs niyə bu kimi məmurlar prezidentimizin bu sahədə həyata keçirdiyi siyasətə kölgə salırlar…”

 

"Qaçqınkom"un sədri şəhidin qardaşını niyə qovub? - Atası və iki qardaşının başı kəsilən qaçqın danışdı - VİDEO

 

Şəhid qardaşı onu da qeyd edib ki, keçirilən müəyyən tədbirlərdə ermənilərin vəhşilikləri ilə üzləşən bir ailə kimi ön sırada əyləşdirilirlər, diqqət, nəvaziş göstərirlər: “Lakin tədbir bitəndən sonra bizi tanımaq belə istəmirlər. Anamın qoluna girən, onu qucaqlayan məmurlar mənzillə təmin olunma məsələsinə gəldikdə onu kənara itələyirlər. 27 ildir Qobustanda məskunlaşan bir ailəyə 7 il öncə mənzil növbəsinə götürülüb, bu hansı məntiqə sığır? İndi də deyirlər ki, ola bilsin, 2028-ci ildə mənzillə təmin olunasız. Bundan sonra 9 il də gözləməliyik. Bu da bir ehtimaldır, ya verəcəklər, ya da hansısa bir müəmma ortaya çıxarılacaq”.

Əlaqəli xəbərlər