ABŞERONUN BAŞÇISI BU BƏLƏDİYYƏ SEÇKİLƏRİNDƏ DƏ, ÖLKƏ BAŞÇISINI VƏ ABŞERONLULARI ALDATMAQDAN ÇƏKİNMƏDİ

2018 02 05 13 14 34seckiHər kəs ölkədə gedən islahatlardan, prezidentin idarəetmədə gəncləşdirmə siyasətindən danışır. Yəqin, elə, buna görədir ki, Masazır Bələdiyyəsinə “seçilənlər” arasında 21 və 24 yaşlı gənclər daha çox yer alıb. Qalanları da, YAP-çı namizədlərdir ki, çoxu evdar xanım, hansısa məmurun qohumu və ya, Masazıra bir-iki il öncə köçən, yerli camaatın tanımadığı müəllimlərdir.
Xub! Görək, kimdir ən çox “səs toplayan” və bələdiyyə sədri seçiləcəyi ehtimal olunan 24 yaşlı "potensial namizəd" -- Bəhruz Fuad oğlu Xəlilov? Sözsüz, onun Abşeron Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Fuad Əflatun oğlu Xəlilovun oğlu olduğunu danmaq olmaz. Elə, bu, öncədən dediklərimin bir təsdiqi oldu. Nə, isə...


Abşeron icra başçısı İradə Gülməmmədovanın qudası məhkəmə önündə - 60 minlik qalmaqal ...O, həmin Fuad Xəlilovdur ki, hələ Zakir Fərəcov rayon rəhbəri olan vaxtdan Abşeron İcra Hakimiyyətində işləyib. Elə, onun atası, mərhum Əflatun Xəlilov da, bu icra hakimiyyətində məsul vəzifədə işləyib. Şəcərə formatında davam edən bu ötür-ötürdə disbalans nəvə Xəlilova vəzifə verilərkən olacaq. Yəni, ona RİH-də yox, Bələdiyyədə vəzifə etibar ediləcək.
Bu məsələni daha çox qabartmaqla onu demək istəyirəm ki, Masazırda bu bələdiyyə seçkiləri belə o qədər “şəffaf” keçirildi ki, seçicilər başqa bir müstəqil və yetim namizədə "inanmadıqlarını" bir daha ortaya qoydular. illah da: “Fuadın oğlunu seçək, illərdir atası bir iş dalınca bizi get-gələ salsa da, hirsləndirmədən sakitləşdirə bilir. Yəqin, oğlu da, atası kimi olacaq!” -- deməklə, bir daha, özlərinə "rahatlıq tapdılar"...

...Onsuz, bu seçkidə də, görüb, şahidi olduqlarımı bu tərzdə deməyimin bir faydası olmayacaq. Çünki, artıq, Abşeron elə bir durumdadır ki!.. Sanki rayon başdan-ayağa İradə xanıma miras qalıb! İstədiyi vaxt, öz sadiq adamlarına, vəzifə qarışıq, kəndləri belə bir-bir peşkəş edə bilir -- xanlıq-bəylik dövrüdür elə bil! Dövlət resurslarını xərcləyib, xalqın pulu ilə “seçki şousu” keçirmək, öz yaxınlarını seçkili orqanların belə vəzifə kreslolarına əyləşdirmək onun üçün adi hala çevrilib, çətin olmur da.
Hamı deyir ki, bələdiyyələr müstəqil olmalıdır; Budurmu, müstəqillik?! Sizcə, bu sualın konkret cavabını Abşeronun sahibi İradə Gülməmmədova bir daha: "Al sənə, müstəqillik, al sənə gəncliyin qələbəsi!" -- deməklə, verməyibmi?! Düzü, bu suala sizin cavabın necə olacağını bilmirəm. Mənsə, bu suala cavab kimi, yalnız, onu deyə bilərəm ki, qadın icra başçısı olasa da, İradə xanımın rəhbər xarakteri bambaşqadır. Bu səbəbdən, tutduğu yolda, illərdi ki, qorxub-cəkinmədən irəliləməkdə davam edir, dünya heç vecinə də deyil. Nəinki seçkilərdə, hətta bütün sahələrdə etdiyi saxtakarlıqlarla, abşeronlular qarışıq, Prezidenti də aldatmaqdan çəkinməyib və aldatmağa davam etməkdə israrlıdır: Rüsvayçılıq olsa belə, vəzifədə xarakter cizgiləri bir daha sübut edir ki, o, etdiklərinə son verənə oxşamır!

PAN RÜFƏT (ƏHMƏDZADƏ),
panrufat.com saytının rəhbəri,
xüsusi olaraq, araz.az saytı üçün.

Əlaqəli xəbərlər