Lombard rəhbəri jurnalistin həbsinə cəhd edir-İDDİA

Anar-xx.jpg"Lombard N:1”in sahibi Məlahət Moşu qızı Qurbanova Criminal.az saytının baş redaktoru Anar Məmmədova qarşı üçüncü dəfə xüsusi ittiham qaydasında şikayəti Məhkəmə icraatına qəbul elətdirib. Ağdam rayon Məhkəməsinin hakimi Mahir Niftiyev qərara alıb ki, A. Məmmədov təqsirləndirilən şəxs kimi tanınsın. Məhkəmə baxışı yanvarın 7-nə təyin olunub.


Jurnalist Anar Məmmədov GundemXeber.Az-a bildirib ki, M.Qurbanova xüsusi ittiham qaydasında şikayətində barəsində Criminal.az saytında dərc edilmiş yazıda "Lombard Məlahət" kimi xəbər başlığının verilməsini həm böhtan, həm də təhqir hesab edib. Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərov baş redaktorun qeydiyyat ünvanının Yasamal rayonuna olmadığından, şikayəti geri qaytarmışdı. Buna görə də, M. Qurbanova Ağdam rayon Məhkəməsində xüsusi ittiham qaydasında şikayət verib. Xatırladaq ki, M. Qurbanova oktyabrın sonlarında da A. Məmmədova qarşı Yasamal rayon Məhkəməsinə xüsusi ittiham qaydasında iddia qaldırmışdı. Hakim Murad Məmmədovun icraatında baxılan xüsusi ittiham icraata qəbul edilməmişdi.
Baş redaktor hesab edir ki, hakim Mahir Niftiyev çox təhlükəli bir işi icraaata qəbul edib. O, mənim barədəmdə verilmiş xüsusi ittihamı icraata qəbul etməklə özbaşınallğa yol verib. Hakim bunu etməklə göstərir ki, M.Qurbanova ilə qeyri-prossesual hərəkət edib.
"Mən M.Qurbanovanın lombard fəaliyyəti ilə məşğul olduğundan başqlıda da "Lombard Məlahət" yazmışam. Qanuni peşələr heç vaxt təhqir hesab oluna bilməz. Digər tərəfdən lombard sözü Məlahət adı ilə birlikdə, istərsə də, ayrılıqda işləndikdə təhqir hesab oluna bilməz''.
Xatırladaq ki, M.Qurbanova Yasamal rayon Məhkəməsində Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə iki dəfə xüsusi ittiham qaydasında iddia qaldırıb. M.Qurbanova iddiasında göstərib ki, A.Məmmədov şəxsi-qərəzlik məqsədi ilə onun işgüzar nüfuzuna və imicinə ləkə gətirən, şərəf və ləyaqətinə toxunan, cəmiyyət arasında nüfuzdan salan böhtan xarakterli məlumatı Criminal.az saytında guya "Lombard Məlahət" tanınmağı barədə böhtan və təhqiredici məlumat yayıb. İddiaçı şikayətində göstərib ki, özü heç bir lombard fəaliyyəti ilə məşğul deyil, belə bir fəaliyyət növü ilə məşğul olmaq üçün qeydiyyatda da deyil. "Anar Məmmədov həmin yazısında "Məlahət" MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsində xəlvəti olaraq qanunsuz çıxarış almış Ələkbərov Fizulini müdafiə etmək və bununla da, məhkəmədə baxılan həmin mülki iş üzrə qərar qəbul edilməsinə təsir etmək məqsədi güdüb. Ona görə də, Anar Məmmədovun Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair ittihamedici qərar çıxarasınız,"-- deyə, M. Qurbanova iddiasında qeyd edib.

Əlaqəli xəbərlər