ƏT PAYLAYAN DEPUTATLIĞA NAMİZƏD -- RƏZALƏT

82568496_1098125060527163_8953571468449415168_o.jpgXətayi rayonundan deputatlığa namizəd Şakir Eyyubov seçicilərinə şəxsən özü ət paylayır.

Bircə bu qalmışdı... Bu adam ət paylamaqla xalqa olan münasibətini ortaya qoyur, əslində insanları alçaldır, 1 kq ət verməklə insanların müqəddəs səsini satın almaq istəyir. Adını da qoyub qurban əti... İnsanların ehtiyacından istifadə edərək belə bir addın atmaq sadəcə ayıbdır. "Şah Oil" zapravkası bu adamındır, bu günə kimi niyə etmirdi!? Günah həm də ora gəlib ondan ət alan insanlardadır. Bütün dəyərləri məhv etmişik.
Xatırladaq ki, Ş.Eyyubovun rəqibləri İqbal Ağazadə və Rauf Arifoğludur. İnsanlara ət paylamaqla bu iki namizədə qalib gələcəyini düşünən adama sadəcə gülmək lazımdır.

Əlaqəli xəbərlər