YAP-ın deputatlığa namizədi Əziz Ələkbərovun Saatlı rayon Mədəniyyət Mərkəzində seçicilərlə görüşü keçirilib

fcdaza012087ü 362 saylı Saatlı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Əziz Ələkbərovun Saatlı rayon Mədəniyyət Mərkəzində seçicilərlə görüşü keçirilmişdir. Tədbirdə rayon ictimaiyyəti, ziyalılar və Bakıdan gələn qonaqlar iştirak etmişlər.

Yeni Azərbaycan Partiyasının Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.

Tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının və yeni müstəqil Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda həyatını itirmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbirdə çıxış edənlər – Əziz Ələkbərovun elmi, ictimai fəaliyyətindən, şəxsi keyfiyyətlərindən bəhs etmişlər.

Əslən Saatlıdan olan, Bakı şəhərindəki Kardiologiya İnstitutunun professoru Tofiq Cahangirov Əziz Ələkbərovun elmi fəaliyyəti ilə tanış olduğu üçün onun Saatlı rayonunu uğurla təmsil edəcəyinə inandığını və şəxsən ona dəstək olmaq üçün Bakıdan gəldiyini bildirmişdir.

Sonra söz namizəd Əziz Ələkbərova verilmiş, o, çxış edərək öz seçki platformasından bəhs etmiş, seçiciləri fevralın 9-da keçiriləcək seçkilərdə fəal iştirak etməyə çağırmışdr. O, əgər seçiciləri ona etimad göstərərsə, bu etimadı əməli fəaliyyəti ilə doğruldacağı barədə seçicilərə söz vermişdir.

Rayonun müxtəlif kəndlərdən gələn seçicilər Saatlıların artıq seçimlərini etdiklərini, 9 fevral tarixində elliklə seçkilərə gedib, Yeni Azərbaycan Partiyasının namizədi Əziz Ələkbərova səs verəcəklərinə qətiyyətlə bildirmişlər.

 

Araz.az

Əlaqəli xəbərlər