Mirkazım Seyidov Zığ qəsəbəsində seçicilərlə izdihamlı görüş keçirib - "O, bir dairəyə yox, bütün Azərbaycana lazımlı şəxsiyyətdir"

84960777_1112851055721230_6914246199453155328_o.jpg30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizəd Mirkazım Seyidovun Zığ qəsəbəsində seçicilərlə izdihamlı görüşü olub.

Görüşə ölkənin tanınmış ziyalıları- professor Musa Quluzadə və professor Zahid Xəlil də qatılaraq M.Seyidova dəstək nümayiş etdiriblər.
Seçicilər qarşısında çıxış edən M.Seyidov bildirib ki, Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub, ölkəmizdə islahatlar həyata keçirilir: "Mən də uzun illərdir Azərbaycan dövlətinə xidmət edən bir ziyalı kimi deputatlığa namizədliyimi irəli sürdüm. Seçicilər məni hər yerdə alqışlarla qarşılayıb dəstək göstərirlər. Mən uzun illər ölkə hüdudlarından kənarda millətimizin, dövlətimizin mənafeyinə yönəlik çox ciddi addımlar atmışam. Ermənilərə ən ağız zərbələr vurmuşam. Qədirbilən xalqımız da daim mənə dəstək nümayiş etdirib. Ancaq bu gün mənə mane olmaq istəyən qüvvələr var, onlar mənə müxtəlif təzyiqlər göstərirlər ki, namizədliyimi geri çəkim. Bu, baş verməyəcək, mən öz mövqeyimdən geri çəkilməyəcəm, sona qədər məni dəstəkləyən minlərlə seçicimin yanında olacam. Əgər ədalətli seçki olacaqsa, mən qələbə qazanacağıma tam əminəm. Cənab İlham Əliyevin seçkilərin ədalətli və şəffaf kemirilmısi ilə bağlı verdiyi tapşırıqlar məndə əminlik yaradır ki, xalqın seçdiyi adam qalib gələcək. Seçkiyə xələl gətirmək istəyənlər, inzibati resurslardan istifadə edərək mənə təzyiq göstərənlər başa düşsünlər ki, onlar bu addımları ilə dövlət başçısının iradəsinə qarşı çıxmış olurlar. Bu isə, qətiyyən yolverilməzdir".

Daha sonra çıxış edən professor M.Quluzadə M.Seyidovun ziyalı, xeyriyyəçi kimi nəcib, humanist əməllərindən danışaraq qeyd edib ki, o, deputatlığa ən layiqli namizəddir. M.Seyidov təkcə bir dairəyə yox, bütün Azərbaycana lazım olan şəxsiyyətdir.
Professor Z.Xəlil də öz çıxışında namizədlərin deputat seçiləndən sonra seçicilərinə qarşı olan laqeyd münadibətlərindən danışıb. O qeyd edib ki, M.Seyidov onsuz da bu millətin vəkilidir, əgər ona mandat versək, Azərbaycan üçün daha böyük işlər görə bilər.

Digər çıxış edənlər də öz növbəsində M.Seyidova dəstək nümayiş etdiriblər.
Sonda xatirə şəkili çəkdiriblər və M.Seyidov Zığ qəsəbəsində seçicilərin gurultulu alqışları ilə yola salınıb.

84009243_1112851149054554_3697835999972294656_o.jpg

Əlaqəli xəbərlər