Ermənistanda koronavirus şoku: ölkədə dərslər dayandırıldı, İrəvandakı yürüş təxirə salındı

koronovirus.jpgKoronavirus səbəbindən Ermənistanda dərslər dayandırılıb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, martın 8-dək uşaq bağçaları, orta məktəblər, kolleclər universitetlər və digər təhsil ocaqları fəaliyyət göstərməyəcək. Məhdudiyyətlər 1 martdan tətbiq olunub. Bu barədə Ermənsitanın səhiyyə naziri Araik Arutyunyan açıqlama verib. O qeyd edib ki, bu addım gərgin vəziyyətin yaranmaması üçün atılıb.

Məlumata görə, martın Ermənistanda koronavirusdan ilk yoluxma halı rəsmən elan olunub. İrandan qayıdan 29 yaşlı şəxs və onunla təmasda olan 32 yaşlı digər vətəndaş karantin altına alınıb.

Bu hadisə Ermənistanda ajiotaj doğurub. Odur ki, İrəvanın mərkəzində baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə 1 mart 2008-ci il qanlı hadisələrinin ildönümü ilə bağlı keçirilməsi planlaşdırılan yürüş təxirə salınıb.

Erməni mediası yazır ki, virus xəbərdarlığından sonra ölkədəki ərzaq mağazalarına axın başlayıb. Satıcılar bildirirlər ki, son illərdə kisələr və qutularla ərzaq daşıyanlara rast gəlməyibmişlər.

Ermənistanda da qoruyucu maska çatışmazlığı ilə əlaqədar ajiotaj yaşanır. Səhiyyə naziri isə deyib ki, bu, bütün ölkələrə aid olan problemdir. A.Torosyan 165 min maskanın idxal olunduğunu, daha 50 min maskanın yaxın zamanlarda gətiriləcəyini bildirib.

Vəziyyətlə əlaqədar Ermənistan artıq İranla sərhəd qapısını bağlamağa vadar olub. Bu qərardan sonra 1000-ə yaxın Ermənistan vətəndaşı İrandan təcili geri dönüb. Son məlumata görə, müsəlman qonşumuzda 978 nəfərdə virus aşkarlanıb, 54 nəfər ölüb.

Cavid TURAN,

Musava.com

Əlaqəli xəbərlər