NOVRUZ BAYRAMINIZ MÜBARƏK, BÖYÜK XALQIMIN DƏYƏRLİ ÖVLADLARI!

novruz

BAHAR BAYRAMI XOŞ GƏLİŞİYLƏ QARŞINIZDA OLACAQ BÜTÜN TƏHLÜKƏ VƏ BƏLALARA SON QOYSUN!

Böyük Xalqımın Dəyərli Övladları!
Sizi, Ulu Tanrıya, Kainat Nizamına və Ana Təbiətə dərin sevginizin, rəngarəng tarixi-mədəni keçmişimizə yüksək ehtiramınızın və milli ənənələrimizi qoruyaraq, saxlaya bilmək bacarığınızın, keçmişımizdən gələn milli-mənəvi dəyərlərimizə dərin bağlılığınızın parlaq ifadəsi olan Əziz Novruz Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik! Bu Gözəl Bayramın səmimiyyətdən gələn bütün təbriklərində başda yer tutan xoş bahar əhval-ruhiyyəsi, möhkəm cansağlığı, səadət və xoşbəxtlik kimi səmimi duyğulu arzu və istəklər ifadəsi olan şirin sözlər, bundan sonra da, heç vaxt taleyinizdən əskik olmasın! Əziz Novruz öz xoş gəlişləriylə qarşınızda olacaq bütün təhlükə və bəlalara da son qoysun!


Ümumxalq bayramımız kimi, dünyanın dörd bir yanında məskunlaşan soydaşlarımız tərəfindən kainatın hər bir guşəsində qorunub, saxlanılmaqla uzun əsrlər sınağından çıxan Novruz Bayramı münasibətilə, indi bütün dünya ölkələrində sayları 50 milyon nəfərdən çox soydaş doğmalarımızın hər birinə də səmimi salamlarımızı yetirir, böyüklü-kiçikli hər birinə azərbaycançılıq məfkurəsi və milli dövlətçilik ideologiyası ətrafında daha sıx birlik arzulayır, evlərinə əbədi xoş bayram ovqatı, ailələrinə ruzi-bərəkət dolu bol-bol sevinc diləyirik!
Bahar Bayramınız Mübarək, Böyük Xalqımın Əziz Övladları!

"Araz" MEDİA QRUPUNUN VƏ araz.az XƏBƏR PORTALININ ƏMƏKDAŞLARI ADINDAN:

Səmimi duyğularla,
Mirkazım SEYİDOV,
media qurumunun Baş məsləhətçisi.

Əlaqəli xəbərlər