Tanınmış jurnalist Vüqar Səfərlinin jurnalistlər binasındakı daha bir maxinasiyasının üstünü açdı -- İTTİHAM

vuqarseferliBu yaxınlarda tanınmış jurnalist Samir Feyruzov özünün Facebook səhifəsində paylaşdığı bir məlumatla, həmkarlarımız arasında, sözün həqiqi mənasında, şok yaratdı. Məhz ona görə ki, həmin məlumatdakı ilginc faktlar da, bu günədək media nümayəndələrinin hədsiz narahatlıqlarına səbəb olan jurnalistlər binalarındakı maxinasiyalarla bağlı idi. Həmkarımız özünün Facebook səhifəsində bu barədə daha bir yazısını verib. O, apardığı araşdırmaları nəticəsində, bu mövzuda daha ilginc faktlar ortaya çıxardığını bildirib.
Bu yazıdakı məlumatlarla, birbaşa, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun
sabiq rəhbəri Vüqar Səfərli ciddi ittiham olunur. Müəllif oxucularının diqqətinə onu da çatdırır ki, məlumatın dəqiqliyinə qətiyyən şübhə etməsinlər!
Mövzunun aktuallığını və yazıdakı faktlara marağın böyük olduğunu nəzərə alıb, nöqtəsinə-vergülünə toxunmadan araz.az saytında da dərc edirik:

WhatsApp Image 2020-05-02 at 00.53.42.jpg"Fotodakı şəxs Vəliyev Fariz Əhməd oğludur. O, jurnalistlər üçün tikilmiş birinci binadan 2013-cü ildə "Mövqe" qəzetindən 3 otaqlı mənzil alıb. 2017-c il mart ayının 4-də F. Vəliyev onkoloji xəstəlikdən rəhmətə gedib. Allah rəhmət eləsin! Amma məsələ bunda deyil, gəlirik əsas məsələyə...
Apardığım araşdırmalar nəticəsində əldə etdiyim dəqiq məlumata görə (faktları sənədlərlə sübut edəcəm), F. Vəliyevə verilən mənzil əlindən geri alınıb. Vüqar Səfərli tərəfindən! Çünki KİVDF-nin İcraçı direktoru Vüqar Səfərli onunla öncədən belə bir razılıq əldə edib: "Mənzili sənin adına alırıq, amma mənimdir, çıxarış alandan sonra, "bağışlanma" yolu ilə geri qaytaracaqsan". Belə də olur. Mənzil başqa bir adamın adına keçirilir. Yəni, mənzil sonda V. Səfərlinin olur.
Bəs, F. Vəliyevin əlindən mənzil necə və hansı şəraitdə alınıb?! Deməli, 2017-ci ilin əvvəllərində F. Vəliyevin xəstəliyi daha da şiddətlənir, yatağa düşür. Məsələdən xəbərdar olan V. Səfərli ölüm ayağında olan adamdan mənzili geri alır. 2013-cü ildə F. Vəliyevə verilmiş mənzil hazırda V. Səfərlinindir.
WhatsApp Image 2020-05-02 at 00.56.53.jpgAğır onkoloji xəstə olan Fariz Vəliyevə bu "saziş"in nəticəsi olaraq vəd olunanlar tam şəkildə yerinə yetirilmir. Özünə qapanan adam olduğu üçün, heç kimə heç nə danışa bilmir. Dövlət tərəfindən verilən mənzilin heç bir əsas olmadan əlindən alınmasını istəmir. Nəticədə, F. Vəliyev öz yaşadığı evdə onkoloji xəstəlikdən dünyasını dəyişir. Allah rəhmət eləsin!
Bəs, mənzil kimin adına keçirilib? Bu haqda məndə dəqiq ad var, amma həmin şəxsin evi "bağışlanma" yolu ilə əldə etdiyi, mənzilin sənədləşmə, hüquqi ünvan və pasport məsələsi ilə bağlı məlumatları, tam araşdırma apardıqdan sonra, yenidən məlumat verəcəm.
Məsələni daha dərindən araşdıracam. F. Vəliyevin əlindən alınan ev dərhal ailəsinə qaytarılmalıdır!".

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər