GDU-NUN ƏDALI VƏ QORXMAZ REKTORU XÜSUSİ KARANTİN REJİMİNİN MƏCBURİ QAYDALARINI DA SAYMIR -- ŞİKAYƏTÇİ NARAHATLIĞI

Gence dovlet univer

REKTORUN QƏRARLARI, SANKİ, NAZİRLƏR KABİNETİNİN OPERATİV QƏRARGAHINDA QƏBUL EDİLƏN QƏRARLARDAN ÜSTÜN XARAKTERLİDİR

YUSİF YUSİBOVUN KƏRAMƏTİ SAYƏSİNDƏ "ƏMƏKDAR MÜƏLLİM" ADI ALANLAR ONLAYN DƏRS KEÇMİRLƏR

Çoxdandır ki, Gəncə Dövlət Universitetindəki xoşagəlməzliklərdən, rəhbərliyin qanunsuz əməllərindən hədsiz narazı olanlar, son ümid yeri kimi, ölkə mediasına üz tuturlar. Haqqı tapdalananlar, heç olmasa, başlarına gətirilənləri, eləcə də burada baş verən qanunsuzluqlar barədə əllərindəki faktları ictimailəşdirməklə təsəlli tapmaq istəyirlər. Çünki ortaya danılmaz faktlar çıxarsalar da, aidiyyatı dövlət qurumlarının buna görə ciddi tədbir görmələrinə əngəllər qalmasa da, bütün bunlar barəsində illərdi onların ünvanlarına göndərdikləri saysız-hesabsız şikayətlərinə indiyədək baxan, dərdlərinə əlac edən tapılmayıb. Ona görə ki, bu qanunsuzluqlara baxıb, hüquqi müstəvidə ölçü götürmək səlahiyyətləri olan həmin dövlət qurumlarının özlərinin qarşısında həmişə əngəllər olub. Bu da, universitet rəhbərliyinin bəd əməllərinə qarşı onların tədbir görmələrinə imkan verməyib.


Universitetin ayrı-ayrı professor və müəllimləri tərəfindən, araz.az xəbər portalının redaksiyasına da, dəfələrlə, şikayət məktubları daxil olub. Saytımızda dərc etdiyimiz həmin məktublarında şikayətçilər universitetin rəhbər şəxslərinin bəd əməlləri barədə nələr yazmayıblar?! Şikayətçilər xüsusi olaraq onu vurğulayıblar ki, Gəncə Dövlət Universitetinin rektorunun qəbuluna düşmək, prezidentin qəbuluna düşməkdən də çətindir. Şikayətlərdə o da xüsusi vurğulanıb ki, universitetin pullarını sağa-sola səpələyən, amma müəllimlərin maaşlarını artırmayan rektor, ətrafına öz adamlarını yığmaqla, istədiyi hər oyundan çıxmağı bacarır. İstədiyi yaxını üçün, istədiyi vəzifəni yaradır. Məsələn, heç ölkə başçısının rektorun müşaviri qədər müşaviri yoxdur, lakin, o, səlahiyyətindən sui-istifadə etməklə, özünə baş müşavir, orta müşavir, kiçik müşavir, aşağı müşavir və s. kimi vəzifələr yaradıb. Sanki dövlətin bu təhsil müəssisəsi yalnız rektor və onun ətrafından ibarət olmalıdır.
0BB4D778 0047 4A28 9A7C AB02B94D1143Bu günlərdə, araz.az-ın redaksiyasına GDU-nun daha bir qrup professor və müəllimi tərəfindən şikayət xarakterli müraciət daxil olub. Əvvəlki digər şikayətçilərin məktublarında olduğu kimi, redaksiyamıza ünvanlanan bu müraciətdə yazılanlar da, bu tədris ocağında baş verənlərlə bağlıdır, lakin mövzusu tamamilə fərqli istiqamətdədir. Ən maraqlısı odur ki, bu dəfə universitet rəhbərliyi başqa yöndən ittiham edilir.
Maraqlı olsun deyə, həmin müraciəti, olduğu kimi, oxucularımızın da diqqətinə çatdırırıq:
"Dövlət başçısı da, ölkənin təhsil sisteminə və bu sahədə çalışanlara həmişə xüsusi diqqət ayırıb. Amma ayrı-ayrı yerlərdəki bir çox tədris ocaqlarında bu diqqətdən sui-istifadə halları olduqca çoxdur və təəssüf doğurur -- Gəncə Dövlət Universitetində olduğu kimi! Bizim çoxdan çalışdığımız bu tədris ocağında narahatçılığımıza səbəb olan nələr baş vermir?! Universitetin rəhbər şəxslərinin bəd əməlləri barədə danışmaqla qurtaran da deyil.
Bu yaxınlarda, Gəncə Dövlət Universitetinin 80 illik yubileyi ilə bağlı, rektor Yusif Yusibovun özünə yaxın olanların adlarını, fəxri adlar almaları üçün, cənab Prezidentə təqdim etməsi də, burada baş verən və təəssüf doğuran hallardan biriydi. Amma nə etmək olardı, siyahıda adları təqdim edilən şəxslərin əksəriyyəti fəxri ad almağa layiq olmasalar da, rektor buna da nail ola bildi. Bir sözlə, təltif edilən həmin şəxslər elmi və pedaqoji səviyyələrinə görə deyil, subyektiv meyarlarla həmin siyahıda yer almışdılar və bu vacib məsələnin üzərinə qayıtmaqda məqsədimiz var. Çünki bu məsələnin, birbaşa, dünyada baş verən son olaylarla bağlılığı da var. Bu səbəbdən, universitetdə baş verən bu özbaşınalığın da ictimailəşdirilməsini araz.az xəbər saytından xahiş edirik. Belə başa düşürük ki, ölkədəki bu həssas məqamda universitet rəhbərliyinin fəaliyyətindən narazı qalan insanların mediaya üz tutması və faktları ictimailəşdirməsi doğru addım hesab olunmalıdır; Yəni, ortada fakt varsa, təbii ki, onun işıqlandırılması vacibdir. Məhz ona görə ki, bəlkə, aidiyyatı dövlət qurumlarının universitet rəhbərliyinin qanunsuz əməllərinə qarşı təcili tədbir görmələri, heç olmasa, daha çox məsuliyyət tələb edən bu həssas məqamda mümkün oldu. Çünki ölkədə yüksək çinli məmurların həbsi ilə bağlı baş verən son sensasion olaylar bizdə buna əminlik yaradır.
Keçək əsas mətləbə: Hamıya məlumdur ki, koronavirusla bağlı ölkədə dərslərin müvəqqəti dayandırıldığı nəzərə alınaraq, respublikamızın bütün universitetlərində də tədris olunan dərslərin onlayn formada yayımlanmasına start verilib. Onlayn təhsilə qoşulmaq üçün mobil telefon və internet yetərlidir. Maraqlı burasıdır ki, guya, yaxşı müəllim olduqlarına görə, "əməkdar müəllim" adına layiq görülən, "Tərəqqi" medalı lə təltif olunan, hətta "Fəxri Professor" adına layiq görülüb, universitetdə xüsusi imtiyaz sahibi olan həmin şəxslərin heç biri onlayn dərs keçmir. Bu şəxslərin eləsi var ki, yaşı 65-dən yuxarıdır, çölə belə çıxa bilmirlər, amma, evdən onlayn dərs keçmək üçün, onlara mobil telefon və internet kifayətdir. Onsuz da, əksər müəllimlər Zoom proqramı və ya sosial şəbəkələr üzərindən evdən dərs keçirlər. Amma, nədənsə, bu "əməkdar müəllim"lər, "Tərəqqi" medalına layiq görülənlər, layiq olmadıqları halda, girdirmə "Fəxri Professor" adı alanlar, nəinki, dərs keçmir, hətta onları mart ayının 1-dən universitetdə görən də olmayıb. Lakin rəhbərlik digər professorları və müəllimləri zorla universitetə gətirir, onların dərs yüklərini həddən ziyadə artırır, buna etiraz edənləri isə, işdən çıxarmaqla hədələməkdən belə çəkinmir. Heç olmasa, dərs yükü çox olanların əmək haqqları da artırılmır.
Bəli, yenə də, bütün güc cavan müəllimlərin üzərinə düşür, bu fədakarlar evdən, hətta gedib universitetdən də dərs keçirlər. Çünki rektor heç bir rəsmi icazə almadan pedaqoji heyəti universitetin müxtəlif korpuslarına gətizdirərək, onlayn dərs deməyə məcbur edir. Nəticədə, bir aydan artıqdır ki, GDU ailəsi üçün də, məcburi olan xüsusi karantin rejimi ədalı və qorxmaz Yusif Yusibovun ayaqları altına atılır. Burada rektorun qəbul etdiyi qərarlar, sanki, Nazirlər Kabinetinin Operativ Qərargahında qəbul edilən qərarlardan üstün xarakter daşıyır. Belə çıxır ki, bu təhlükə ilə mübarizədə ölkə başçısının nümayiş etdirdiyi iradə belə onu və onun dəstəkçisi olan ətrafındakı şəxsləri qorxutmur!
Yeri gəlmişkən, onu da qeyd etməyi lazım bilirik ki, tələbələr üçün, fənlərin və kursların təsnifatı da, əksər hallarda, tələbə-müəllim arasında mübahisələr doğurur. Dərs proseslərində seyrçi rəylər diqqət çəkir, əsasən, müəllimlər bir-birinə uğur diləyir, tələbələr ad-soyadlarını yazır, layk və gülüş qeydləri atırlar. Bir-birlərini onlayn tamaşada təbrik edən müəllimlərin nəyi və niyə təbrik etmələri isə, başa düşülən deyil. Tələbələrin isə, demək olar ki, virtual dərsdə iştirak etməmələri baxış sayı və kütləvi paylaşım məcburiliyində sezilir. Əslində,
universitet tərəfindən keçirilən dərslərin keyfiyyəti, fənlər və kurslar üzrə illik tədris proqramlarındakı qarmaqarışıqlıq, bu təhsil ocağındakı qeyri-sağlam pedaqoji mühit ayrıca tənqidi müzakirə mövzusu ola bilər. Bu səbəbdən, bu barədə çox danışmağa da lüzum görmədik.
Bu yerdə, bir daha onu qeyd etmək istəyirik ki, respublikanın Təhsil Nazirliyi tərəfindən ciddi göstəriş verilib ki, bütün dərslər onlayn şəkildə keçirilsin və tədris proqramı tələbələrə çatdırılsın. İndi hər bir müəllim verilmiş dərs yükünə uyğun olaraq, evdən Zoom proqramı və ya müxtəlif sosial şəbəkələr üzərindən öz dərsini keçirlər. Onlar belə dərs yükünə sahib olsalar da, di gəl ki, dərs keçmirlər. Bunların tədris materialları tələbələrə çatdırılmır. Həmin tələbələr dərsi necə mənimsəməlidirlər, heç, rəhbərlik belə buna görə narahat deyil. Onların bu arxayınçılıqları bütün dünyanı oynadıb, dəhşətə gətirən olduqca təhlükəli bu pandemiyanın xeyrinə hesablanma təsiri bağışlayır sanki!
Bəli, bu şəxslərin heç biri dərs keçmək istəmir, daha doğrusu, bu, onların maraq dairələrində də deyil. Elə, belə də olmalıydı, çünki rektor onlara söz deyə də bilmir. Bu, həm də ona işarədir ki, daha doğrusu, bir daha onun təsdiqidir ki, cənab rektor onların qarşısında idarəetməni artıq çoxdan itirib. Çünki
fəxri ad, medal sahibi etdiyi həmin şəxslər elə-belə adamlar deyillər. Bir neçəsinin ad və soyadlarını xatırlatmaq kifayətdir ki, onların kimliyi hamıya məlum olsun.
Məsələn:
-- Emma Əli qızı Aslanova Şəmkir rayonunun keçmiş icra başçısı, Kənd Təsərrüfatı nazirinin sabiq müavini mərhum Aslan Aslanovun bacısıdır. O, universitetdə kafedra müdiri vəzifəsini daşısa da, indiyədək dərs auditoriyalarında onu görən olmayıb;
-- Asif Şəmil oğlu Cavadov qatı müxalifətçi olan sabiq rektor Yadigar Əliyevi, vaxtilə, Yusif Yusibovun xüsusi tapşırığı ilə, xidməti otağında təhqir etməkdən belə çəkinməyib. Özü də, bir vaxtlar rektorun qara kassası kimi tanınıb və GDU-nun auditoriyalarında bir saat belə dərs keçməyib, lakin, buna baxmayaraq, əməkdar müəllim adına layiq görülüb;
-- Gülsüm İsa qızı Fətəliyeva Gəncə Texnologiya Universitetindən qovulub. Deputat Musa Urudun bacısı və Kəpəz rayonu İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyevin qaynanasıdır, üstəlik, hər yerdə yalandan özünü mərhum görkəmli alim Həsən Əliyevin qızı kimi təqdim edir. Bu, o Gülsüm Fətəliyevadır ki, Xocalı faciəsinin ildönümünə həsr olunmuş tədbirdə, çaşaraq, deyib ki: "Sizin Xocalı bayramınızı təbrik edirəm!". Bu, sadəcə biabırçılıq deyildi, bəs, nə idi?! Huşu özündə olmayan, dedikləri sözün mənasını dərk etməyən bu adam prorektor vəzifəsini daşıyır, üstəlik, o da, əməkdar müəllimdir;
-- Pərvin Orxan qızı Kərimzadə,
millət vəkili, GDU-nun innovasiyalar üzrə prorektorudur. Lakin ömründə bir dəfə olsun auditoriyaya girərək, dərs deməyib. Di gəl ki, o da, Yusif Yusibovun kəraməti sayəsində, əməkdar müəllim adının daşıyıcısıdır;
-- Əliqulu Umud oğlu Quliyev açıq-aşkar savadsızdır, müxtəlif intriqalarda adı hallanıb, hətta öz tələbəsinə sataşdığına görə, məsuliyyətə də cəlb olunub. Bir sözlə, müxtəlif şəxsləri əzmək üçün, Yusif Yusibovun istifadə etdiyi "Əzrayıl qılıncı"dır;
-- Fəxrəddin Həsən oğlu Məmmədov universtetin tədris işləri üzrə prorektoru, keçmiş müxalifətçidir. Savad sarıdan onun da bəxti gətirməyib, bu sarıdan kasadlıq universitetdə onu gülüş hədəfinə çevirib;
-- Mübariz İmran oğlu Yusibov universitetin sabiq rektoru olsa da, bütün həyatını məddahlıqla keçirib. Haqqında nələr danışılmır?! Tərcümeyi-halı belə ürəkaçan təsir bağışlamır;
-- Fəxrəddin Şərif oğlu Həsənov özünü rektor Yusif Yusibovun tikinti biznesinin "pul üyüdən maşını" kimi tanıdıb ictimaiyyətə. Həm də, təmir adı altında dekan və şöbə müdirlərindən pulyığma prosesinin başçısıdır;
-- Vasif İlkan oğlu Həsənov test imtahanlarında pul müqabilində istənilən tələbənin imtahan cavablarında düzəliş edən, müxtəlif layihələr adı altında xarici olkələrdə universitetin pullarını sağa-sola səpən şəxsdir. Nənəsinin və qaynanasının "erməni axçiləri" olması danılmazdır;
-- Şahin Nadir oğlu Xurşudov
hal-hazırda rektorun qara kassası funksiyasının daşıyıcısıdır. Vaxtı ilə, rektor onun üçün "Pedaqoji təcrübə və işlə təminat" şöbəsi də yaradıb. Və iki seçki dalbadal, -- saxta səsvermə yolu ilə, -- iqtisadiyyat fakültəsinə dekan da seçdirib. Demək olar ki, o, həm də özünü universitetin mini rektoru kimi də tanıdıb. Universitetdə kadr məsələsi və bütün yığılan pullara nəzarət bu şəxsin əli ilə həyata keçirilir. O, şəhərdəki və müxtəlif rayonlardakı çoxlu obyekt və daşınmaz əmlak sahibi kimi də tanınır;
-- İlqar Nadir oğlu Kubışov indiyədək özünü rektorun katibəsi kimi göstərib. İnformatika kafedrasının müəllimidir, amma... Ay toba, informatika sözünün mənasını bilirsə... Bu şəxs nə kafedranın yolunu tanımır, nə də ki, bu günə kimi, onun da auditoriyaya girməsini görən olmayıb;
-- Vaqif Seyfəddin oğlu Novruzov, onu isə, universitetdə hamı "babnik" kimi tanıyır. ADAU-nun rektoru olub, ailə üzvlərinin hamısı isə, GDU-da işləyir, alim adını daşısa da, yüz faiz əminliklə deyirik ki, alimlikdən tam xəbərsizdir. Yusif Yusibovun göstərişlərini sözsüz icra edəndir, kollektivin başı üzərində duran "Demokl qılıncıdır" və sairə və ilaxır!..
Bu siyahını uzatmaq da olar, lakin vaxt aparar deyə, buna ehtiyac duymadıq. Yalnız onu deməyi vacib bildik ki, adlarını yuxarıda qeyd etdiyimiz şəxslərin onlayn dərs keçmələrini görən şəxsə, zarafatsız, Nobel mükafatı düşür.
Hörmətli redaksiya!
Müraciətimizin sonunda onu da xatırlatmağı lazım bildik ki, təqribən ay yarım öncə, araz.az saytı, koronavirusla bağlı Gəncə Dövlət Universitetində baş verən qanunsuzluqlar haqqında bir yazı da dərc etmişdi. Universitetin bir qrup professor və müəlliminin şikayəti əsasında hazırladığınız həmin yazı böyük rezonans doğurdu. Çünki həmin yazı qatı bir cinayətin üstünü açır, universitet rektorunun "Koronavirusla Mübarizəyə Dəstək Fondu"na ödəniş adı altında, məcburi halda müəllimlərdən tələb olunan "rüşvət mexanizmi"nə işıq salırdı.
Buna görə, rektorun və onun ətrafının xətrinə dəyən olmasa da, GDU-da baş qaldıran bu rüşvət prosesini, şərti olaraq, "koronavirus rüşvəti" adlandırmaqla, araz.az saytı, müəllimlərin və texniki işçi heyətinin maaşına yönəlik rektor hücumunun qarşısını ala bildi. Buna görə, Sizə, universitet əməkdaşlarının xüsusi təşəkkür və minnətdarlıqlarını çatdırmağı da, özümüzə borc bildik!".

Məhi ELSEVƏR,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.

Əlaqəli xəbərlər