Gömrük Akademiyasının müəllimləri onlayn təhsil prosesində qiymətləndirmə qaydaları ilə bağlı məlumatlandırılıblar

813-05-2020-05.jpgDövlət Gömrük Komitəsinin Akademiyasında onlayn təhsil prosesində biliklərin qiymətləndirilməsi ilə bağlı qəbul olunmuş xüsusi qaydalar haqqında müəllimlərin məlumatlandırılması məqsədilə onlayn görüş keçirilib.

Müvafiq strukturların rəhbər və əməkdaşlarının iştirakı ilə keçirilən onlayn görüşdə bildirilib ki, biliyin qiymətləndirilməsi ilə bağlı qəbul olunmuş qaydalar Akademiya rəisinin təşəbbüsü ilə beynəlxalq təcrübə öyrənilərək, Akademiyada təhsilin elektron idarəetmə sisteminin verdiyi imkanlar, keyfiyyət standartları və digər vacib məqamlar nəzərə alınaraq qəbul olunub.

Görüşdə onlayn təhsil prosesində imtahanların təşkili, biliklərin qiymətləndirilməsi qaydaları, imtahanlardan öncə tələbələr üçün onlayn məsləhət saatlarının təşkili, imtahan suallarının hazırlanması, ayrı-ayrı fənlərin spesifikası nəzərə alınaraq tələbələrin biliklərinin qiymətləndirilməsinin həyata keçirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı bir sıra təkliflər səsləndirilib, suallar cavablandırılıb. 

Əlaqəli xəbərlər